İştvan Yuhaz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İştvan Yuhaz
Doğum tarixi 2 iyul 1943(1943-07-02) (80 yaş)
Doğum yeri
Təhsili
Üzvlüyü

İştvan Yuhaz (tam adı: mac. István Juhász; 2 iyul 1943, Budapeşt) — çoxluqlar nəzəriyyəsi üzərində işləmiş macar riyaziyyatçı. Hazırda Macarıstan Elmlər Akademiyasının Renyi Riyaziyyat İnstitutunda çalışır.

Həyatı

İştvan Yuhaz 1966-cı ildə Eötvöş Lorand Universitetindən məzun olub və 1974-cü ilədək burada işləyib. Həmin ildən etibarən Macarıstan Elmlər Akademiyasının Alfred Renyi Riyaziyyat İnstitutunda fəaliyyət göstərib və hazırda həmin institutun emerit professorudur.

Yuhaz 1977-ci ildə Akademiyada elmi işini müdafiə edərək elmlər doktoru dərəcəsi alıb. 2007-ci ildə Macarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilib.[1] 2015-2018-ci illərdə Avropa Çoxluqlar Nəzəriyyəsi Cəmiyyətinin prezidenti olub. Studia Scientiarum MathematicarumTopologiya və onun tətbiqi jurnallarının redaktə heyətinin üzvüdür.

İstinadlar

  1. "Trustees 2015-2018". European Set Theory Society (ingilis). 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-15.