İbrahim Qalın

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İbrahim Qalın
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 1971(1971-09-15) (52 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • İstanbul Universitetinin ədəbiyyat fakültəsi[d]
Fəaliyyəti məmur, universitet müəllimi[d], musiqiçi, yazıçı
Dini islam
muslimphilosophy.com/kal…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İbrahim Qalın[1][2] (türk. İbrahim Kalın, 15 sentyabr 1971, İstanbul) — Türkiyə bürokratı, diplomatı, siyasətçisi, professoru, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri, Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru, Baş nazirlik müşaviri müavini, prezidentin baş katibinin müavini, prezident sözçüsü, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri, Milli İstihbarat Təşkilatının hazırkı rəhbəri.

Həyatı

İbrahim Qalın 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurumun İspirli rayonunda olan bir ailənin övladı olaraq anadan olmuşdur. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix fakültəsində bakalavr təhsilini tamamlamışdır. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində "Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü" adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi almışdır.

Ailəlidir, 3 övladı var.

İstinadlar

  1. "İbrahim Qalın Azərbaycana təşəkkür mesajı - FOTO". modern.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.
  2. Azvision, Xəbərlər, Son xəbərlər, Xeberler, Son xeberler. ""Ankara daha gözləmək fikrində deyil" - İbrahim Qalın". https://azvision.az. 6 avq 2021. 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.