İkinci Qafqaz korpusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yaqub Şevki Subaşı — korpusun birinci komandanı.

II Qafqaz korpusu, Osmanlı imperiyası tərəfindən I Dünya Müharibəsi dövründə qurulmuş olan bir ordu korpusu idi.

Ordu nizamı

1916 dekabr, 1917 avqust, 1918 yanvara aid olan döyüş nizamı

1916 dekabr, 1917 avqust, 1918 yanvarda ordu korpusu aşağıdakl formada təşkil edilmişdi:[1]

  • İkinci Qafqaz korpusu
    • Fevzi Çaxmaq — ordu korpusunun ikinci komandanı
      Qafqaz tüməni, XI Qafqaz tüməni, 37-ci Qafqaz tüməni

Komandanları

Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqəsi

Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir.

Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir.

Ləğvi

Osmanlı ordusunun Fələstin və İraq cəbhəsində məğlub olmasından sonra bu ordu korpusu ləğv edilmişdir. Lakin şəxsi heyətinin mütləq əksəriyyəti müxtəlif ordu birləşmələrinin tərkibində Türkiyə İstiqlaliyyət müharibəsində də iştirak etmişdir.

İstinadlar

  1. Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, s. 154, 170, 181.
  2. T.C. Baş Qərərgah Hərb Tarixi Başqanlığı Yayımları, Türk İstiqlal Hərbinə qatılan tümən və daha üst rütbələrdəki komandırlərin bioqrafiyaları. Baş Qərərgah Nəşriyyatı, Ankara, 1972, səh 54. (Türkcə)
  3. T.C. Baş Qərərgah Hərb Tarixi Başqanlığı Yayımları, Türk İstiqlal Hərbinə qatılan tümən və daha üst rütbələrdəki komandırlərin bioqrafiyaları. Baş Qərərgah Nəşriyyatı, Ankara, 1972, səh 67. (Türkcə)

Həmçinin bax