Yaqub Şevki Subaşı (türk. Yakup Şevki Subaşı; 1876, Elazığ – 20 dekabr 1939, İstanbul) — Osmanlı və Türkiyə hərbçisi. Balkan müharibələri, Birinci dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir.
Yaqub Şevki Subaşı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Harput, Osmanlı |
Vəfat tarixi | |
Vəfat yeri | Ankara, Türkiyə |
Dəfn yeri | |
Vətəndaşlığı |
Osmanlı imperiyası Türkiyə |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə |
2-ci Ordu 9-cu Ordu |
Xidmət illəri | 1896-1930 |
Rütbəsi | General-mayor |
Döyüşlər |
Balkan müharibələri Birinci dünya müharibəsi Türkiyə İstiqlaliyyət Müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
4 fevral 1913-cü il tarixində Çatalca Ordusu Artilleriya Komandanlığı baş qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə olarkən Balkan müharibəsində iştirak etmişdir.
31 avqust 1915-ci ildə Mustafa Kamal Paşanın yerinə 19-cu diviziya komandanı vəzifəsinə təyin olunmuşdur. 15 oktyabr 1915-ci ildə 3-cü Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur.
21 oktyabr 1915-ci il tarixində 15-ci Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. 5 oktyabr 1916-cı ildə Qalisiyada 15-ci Ordu Korpusu komandanı vəzifəsində xidmət edərkən Mirliva rütbəsinə yüksəlmiş və "Paşa" adı almışdır.
18 noyabr 1916-cı ildə 14-cü Ordu Korpusu komandanı, 10 avqust 1917-ci ildə yenidən təşkil olunan 3-cü Ordunun tabeçiliyi altında olan 2-ci Qafqaz Ordu Korpusu komandanı vəzifəsinə təyin olundu. 11 oktyabr 1917-ci ildə isə 2-ci Ordu komandan müavini vəzifəsində xidmətini davam etdirərkən ruslara qarşı Qars döyüşündə iştirak etmiş və qalib gəlmişdir. 7 iyun 1918-ci ildə Şərq Ordular qrupunun tabeçiliyində olan 9-cu Orduya komandan təyin olunmuşdur. Yaqub Şevki Paşa 16 mart 1920-ci ildə müttəfiq dövlətlərin İstanbulu işğal etməsindən iki gün sonra ingilis qoşunları tərəfindən əsir götürülmüş, 13 iyul 1920-ci il tarixində isə Maltaya sürgün olunmuşdur.
Sakarya döyüşündən sonra ingilislərlə qarşılıqlı olaraq əsir dəyişiminin ardınca 31 oktyabr 1920-ci ildə Ankaraya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etməyə başlamışdır. 18 noyabr 1921-ci ildə Mustafa Kamal Paşa tərəfindən 2-ci Ordu komandanı vəzifəsinə təyin olunmuşdur. 9 sentyabr 1922-ci ildə İzmirin azad olunmasından sonra rəhbərliyi altında olan 2-ci Ordu ilə birlikdə Çanaqqalada yerləşən ingilis qoşunlarının mühasirəyə alınması əməliyyatında iştirak etmişdir.
İstiqlaliyyət müharibəsindən sonra hərbi həyatını davam edərək 20 aprel 1924-cü ildə Ali Hərbi Şura üzvü təyin olunmuşdur. 20 dekabr 1939-cu ildə Ali Hərbi Şura üzvü olaraq fəaliyyətini davam etdirərkən vəfat etmişdir.