II Qafqaz korpusu, Osmanlı imperiyası tərəfindən I Dünya Müharibəsi dövründə qurulmuş olan bir ordu korpusu idi.
1916 dekabr, 1917 avqust, 1918 yanvarda ordu korpusu aşağıdakl formada təşkil edilmişdi:[1]
Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir.
Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir.
Osmanlı ordusunun Fələstin və İraq cəbhəsində məğlub olmasından sonra bu ordu korpusu ləğv edilmişdir. Lakin şəxsi heyətinin mütləq əksəriyyəti müxtəlif ordu birləşmələrinin tərkibində Türkiyə İstiqlaliyyət müharibəsində də iştirak etmişdir.