İmamverdi Məhəmmədhəsənov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İmamverdi Məhəmmədhəsənov
Doğum tarixi 25 oktyabr 1925(1925-10-25)
Doğum yeri
Vəfat tarixi 4 sentyabr 1999(1999-09-04) (73 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı "Lenin" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Vyananın alınmasına görə" medalı "Budapeştin alınmasına görə" medalı "Praqanın azad edilməsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

İmamverdi Məhəmmədhəsənov (İmamverdi Kəlbi oğlu Məhəmmədhəsənov; 25 oktyabr 1925, Qızılağac4 sentyabr 1999, Cambul vilayəti) — kolxozçu, Sosialist Əməyi Qəhrəmanı (1948)[1].

Bioqrafiyası

İmamverdi Məhəmmədhəsənov 25 oktyabr 1925-ci ildə Azərbaycan SSR-in Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstan SSR-in Cambul vilayətinə sürgün olunub. 1943-cü ildə Cambul vilayətinin "Jana Jol" ("Yeni yol") kolxozunda çalışıb. Elə həmin il Sovet Ordusu sıralarına çağrılıb. Böyük Vətən müharibəsində iştirak edib. Demobilizasiyadan sonra kolxoza qayıdıb. 1946-cı ildə çuğundur əkin briqadasının rəhbəri təyin edilib[2].

1947-ci ildə İmamverdi Məmmədhəsənovun rəhbərliyindəki çuğundurbecərmə məntəqəsi 4 hektarlıq ərazidən 616 sentner şəkər çuğunduru toplayıb, ayrıca 2 hektarlıq ərazidən isə 813 sentner şəkər çuğunduru toplayıb. Bu şücaətinə görə 22 yaşında ikən SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1949-cu ildə kolxoz sədrinin müavini təyin olunub. 1956-cı ildə kolxoz sədri hazırlığı üzrə 3 illik Almatı orta kənd təsərrüfatı məktəbini fərqlənmə ilə bitirib. Sonra yenidən kolxoza qayıdaraq aqronom işləyib. 1961-ci ildə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsini başa vurub. 1960-cı ildən təqaüdə çıxana kimi baş aqronom vəzifəsində çalışıb.

O, 4 sentyabr 1999-cu ildə Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana-Jol (Yeni-Yol) kəndində vəfat edib. Rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib. İmamverdi Məmmədhəsənovun 11 övladı olub. Bu gün onun övladları Qazaxıstanda müxtəlif sahələrdə çalışaraq ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında və diaspor işində fəallıq göstərirlər[3].

Mükafatları

İstinadlar

  1. Герои Социалистического труда по полеводству Казахской ССР. Алма-ата. 1950. 412 стр.
  2. ""Vətənimiz Azərbaycanı heç vaxt yadımızdan çıxarmırıq"" (az.). daos.az. İstifadə tarixi: 2021-01-17.[ölü keçid]
  3. "БОЙЦЫ И КОМАНДИРЫ" (rus). savash-az.com. 2020-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.

Ədəbiyyat

  • Герои Социалистического труда по полеводству Казахской ССР. Алма-Ата. 1950. 412 стр.