Qızılağac — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]
Qızılağac | |
---|---|
38°59′34″ şm. e. 48°47′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 5692 (2009) nəfər |
Əhalinin sayı 5692 nəfərdir.[2]
Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Orta əsrlərdə Qızılağac Xəzər limanları ilə ticarət əlaqələri saxlayırdı. Əhali əsasən gəmiçilik və balıqçılıqla məşğul olurdu. Gilan və Mazandarana gedən karvan yolu Qızılağacdan keçirdi. 1614-cü ilin dekabrında Rusiya elçisi M.İ.Tixonov Səfəvi hökmdarı I Şah Abbasla burada görüşmüşdü. Bir sıra orta əsr səyyah və diplomatları öz yol qeydlərində Qızılağac haqqında məlumat vermişlər. Yaşayış məntəqəsinin adı Qızılağac körfəzinin adı ilə bağlıdır. XIX əsrdə Qızılağac körfəzinin kənarında böyük ticarət əhəmiyyəti daşıyan liman olmuşdur. [3]