İmran Usmanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İmran Usmanov
Ümumi məlumatlar
Doğum tarixi 2 mart 1953(1953-03-02)
Doğum yeri
Vəfat tarixi 11 iyul 2017(2017-07-11) (64 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, şair
Fəaliyyət illəri 1971-ci ildən
Səs tembri bariton
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı

İmran Qermanoviç Usmanov (2 mart 1953, Özkənd, Oş vilayəti11 iyul 2017, Qroznı) — Çeçen müğənnisi, şairi və bəstəkarı. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, Çeçenistan Respublikasının əməkdar incəsənət xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü.

Həyatı

2 mart 1953-cü ildə Qırğızıstan SSR Oş vilayətinin Uzen şəhərində çeçenlərin və inquşların deportasiyası müddətində anadan olub. Deportasiya edilmiş xalqlar reabilitasiya olunduqdan sonra ailə öz vətənlərinə qayıdıb. 1960-cı ildə doğulduğu Naji-Yurt kəndində məktəbə gedib. Məktəb illərində özfəaliyyət tamaşalarında fəal iştirak edib. 1970-ci ildə orta məktəbi bitirib.

Hələ 16 yaşında ikən o, respublika hitinə çevrilən "Malikə" mahnısını yazır. Təxminən eyni vaxtda Çeçenistan-İnquş Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin tələbəsi Raykom Dadaşev (sonralar professor, fizika-riyaziyyat elmləri doktoru) onu instrumental və rəqs ansamblları təşkil etməyə dəvət edir. Usmanovun bu işi uğurlu alındı. O, 1970-ci ildə universitet "Tələbə baharı" festivalında 1-ci yeri tutdu.[1]

Ardınca o, Qroznı musiqi məktəbinə daxil oldu, lakin onu bitirə bilmədi. 1971-ci ildə sovet ordusu sıralarına çağırıldı. Hərbi xidməti başa vurduqdan sonra musiqi məktəbini bitirdi. 1981-ci ildə Rostov Dövlət Musiqi-Pedaqoji İnstitutunu "Solo ifaçılıq" ixtisası üzrə təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra vətənə qayıdır və dərhal "İlli" ("Mahnı") ansamblının rəhbəri olur.[1]

1992-ci ildə Cövhər Dudayevin yeni hökumətinə sədaqətsizlik ittihamı ilə 12 gün həbsdə yatır.[1]

Onun ilk şeirlər toplusu "Genallo Hegiina" (Ayrılıq həsrəti) 1994-cü ilin dekabrında çıxmalı idi, lakin mətbəəyə bombardman olur. Sağ qalan şeirləri sonradan toplanaraq nəşr edilmişdir. 2008-ci ildə ikinci şeir toplusu "Kain dune" ("Ağ İşıq") çap olunur.[1]

2004-cü ilin aprelində İmran Usmanov uşaqları mina təhlükəsi haqqında öyrətmək üçün musiqi bəstələyəcəyini bildirdi.[2]

2013-cü ildə musiqi sənətinin inkişafındakı xidmətləri, yaradıcılıq fəaliyyəti və çoxillik vicdanlı əməyinin 60 illik yubileyi ilə əlaqədar "Çexiyanın əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.[3]

İmran Usmanov 11 iyul 2017-ci ildə Qroznı şəhərində vəfat etmişdir.[4]

Fəxri adları

  • Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti;
  • Çeçenistan Respublikasının əməkdar artisti (2013).

Əsəri

  • Усманов И. Г. Бег времени: поэзия (1000 nüs.). Гр: ФГУП «Издательско-полиграфический центр Грозненский рабочий». 2014. ISBN 978-5-4314-0154-1.

İstinadlar

  1. 1 2 3 4 "Жизнь по большому счету". 2017-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  2. "Red Cross to continue land mine education in Chechnya". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  3. "Имран Усманов отметил 60-летний юбилей". 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  4. "Чеченский народ скорбит – ушел из жизни Имран Усманов". 2021-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.

Xarici keçidlər