İmran Qermanoviç Usmanov (2 mart 1953, Özkənd, Oş vilayəti – 11 iyul 2017, Qroznı) — Çeçen müğənnisi, şairi və bəstəkarı. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, Çeçenistan Respublikasının əməkdar incəsənət xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü.
İmran Usmanov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 mart 1953 |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyul 2017 (64 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, şair |
Fəaliyyət illəri | 1971-ci ildən |
Səs tembri | bariton |
Mükafatları |
2 mart 1953-cü ildə Qırğızıstan SSR Oş vilayətinin Uzen şəhərində çeçenlərin və inquşların deportasiyası müddətində anadan olub. Deportasiya edilmiş xalqlar reabilitasiya olunduqdan sonra ailə öz vətənlərinə qayıdıb. 1960-cı ildə doğulduğu Naji-Yurt kəndində məktəbə gedib. Məktəb illərində özfəaliyyət tamaşalarında fəal iştirak edib. 1970-ci ildə orta məktəbi bitirib.
Hələ 16 yaşında ikən o, respublika hitinə çevrilən "Malikə" mahnısını yazır. Təxminən eyni vaxtda Çeçenistan-İnquş Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin tələbəsi Raykom Dadaşev (sonralar professor, fizika-riyaziyyat elmləri doktoru) onu instrumental və rəqs ansamblları təşkil etməyə dəvət edir. Usmanovun bu işi uğurlu alındı. O, 1970-ci ildə universitet "Tələbə baharı" festivalında 1-ci yeri tutdu.[1]
Ardınca o, Qroznı musiqi məktəbinə daxil oldu, lakin onu bitirə bilmədi. 1971-ci ildə sovet ordusu sıralarına çağırıldı. Hərbi xidməti başa vurduqdan sonra musiqi məktəbini bitirdi. 1981-ci ildə Rostov Dövlət Musiqi-Pedaqoji İnstitutunu "Solo ifaçılıq" ixtisası üzrə təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra vətənə qayıdır və dərhal "İlli" ("Mahnı") ansamblının rəhbəri olur.[1]
1992-ci ildə Cövhər Dudayevin yeni hökumətinə sədaqətsizlik ittihamı ilə 12 gün həbsdə yatır.[1]
Onun ilk şeirlər toplusu "Genallo Hegiina" (Ayrılıq həsrəti) 1994-cü ilin dekabrında çıxmalı idi, lakin mətbəəyə bombardman olur. Sağ qalan şeirləri sonradan toplanaraq nəşr edilmişdir. 2008-ci ildə ikinci şeir toplusu "Kain dune" ("Ağ İşıq") çap olunur.[1]
2004-cü ilin aprelində İmran Usmanov uşaqları mina təhlükəsi haqqında öyrətmək üçün musiqi bəstələyəcəyini bildirdi.[2]
2013-cü ildə musiqi sənətinin inkişafındakı xidmətləri, yaradıcılıq fəaliyyəti və çoxillik vicdanlı əməyinin 60 illik yubileyi ilə əlaqədar "Çexiyanın əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.[3]
İmran Usmanov 11 iyul 2017-ci ildə Qroznı şəhərində vəfat etmişdir.[4]