İnessa Qorxmaz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İnessa Qorxmaz
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 17 yanvar 1972(1972-01-17) (52 yaş)
Doğum yeri
Boyu 190 sm
İdman növü voleybol[1]
Komandası

İnessa Qorxmaz (17 yanvar 1972, Saratov) — Azərbaycan voleybolçusu.

Karyerası

İnessa Qormaz, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.

İnessa Qormaz daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.

İnessa Qormaz bir ildən sonra, 2007-ci ildə BelçikaLüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.

İstinadlar

  1. CEV database (ing.).

Xarici keçidlər