İradə İsgəndərova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İradə İsgəndərova
2020-ci ildən – indiyə kimi
Şəxsi məlumatlar
Doğum tarixi (65 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR

Təltifləri
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2006
"Tərəqqi" medalı — 2018

İradə Həbib qızı İsgəndərova (7 iyun 1958-ci il, Bakı) - Hüquqşünas, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Səadət Sarayının - Bakı Nikah evinin müdiri (2020-ci ildən)

Həyatı

İradə İsgəndərova 07 iyun 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1965-ci ildə Bül-bül adına musiqi məktəbinə daxil olmuş, 1975-ci ildə 15 N-li orta məktəbi fərqlənmə ilə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə məsləhətçi vəzifəsinə qəbul edilmişdir. 1983-cü ildən isə Ali Məhkəmənin Plenum və Prezidium Katibliyinin müdiri vəzifəsində çalışmışdır.

1985-1990-cı illər Ali Məhkəmənin hakimi.

1990-cı ildə Bakı şəhər Məhkəməsində məsləhətçi, sonradan sədrin köməkçisi vəzifəsində işləmişdir.

1998-ci ildən 2003-cü ilədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində şöbə müdiri vəzifəndə çalışmışdır.

2002-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.

2003-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışır.  2003-cü ildən 2020-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışmış, 2014-cü ildən 2020-ci ilədək Səadət Sarayının - Bakı Nikah evinin müdiri vəzifəsini icra etmişdir.

2020-ci ildən hal-hazıradək Səadət Sarayının Bakı Nikah evinin müdiri vəzifəsində çalışır.

Rus və alman dillərini bilir.

Ailəlidir, iki övladı var.

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2006-cı il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirinin 07 iyun 2018-ci il tarixli əmri ilə Ədliyyə Nazirliyinin “Döş Nişanı” ilə təltif edilmişdir.