Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
İradə Həbib qızı İsgəndərova (7 iyun 1958-ci il, Bakı) - Hüquqşünas, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Səadət Sarayının - Bakı Nikah evinin müdiri (2020-ci ildən)
İradə İsgəndərova | |||
---|---|---|---|
2020-ci ildən – indiyə kimi | |||
Şəxsi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Azərbaycan SSR | ||
|
|||
Təltifləri |
|
İradə İsgəndərova 07 iyun 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1965-ci ildə Bül-bül adına musiqi məktəbinə daxil olmuş, 1975-ci ildə 15 N-li orta məktəbi fərqlənmə ilə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə məsləhətçi vəzifəsinə qəbul edilmişdir. 1983-cü ildən isə Ali Məhkəmənin Plenum və Prezidium Katibliyinin müdiri vəzifəsində çalışmışdır.
1985-1990-cı illər Ali Məhkəmənin hakimi.
1990-cı ildə Bakı şəhər Məhkəməsində məsləhətçi, sonradan sədrin köməkçisi vəzifəsində işləmişdir.
1998-ci ildən 2003-cü ilədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində şöbə müdiri vəzifəndə çalışmışdır.
2002-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.
2003-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışır. 2003-cü ildən 2020-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışmış, 2014-cü ildən 2020-ci ilədək Səadət Sarayının - Bakı Nikah evinin müdiri vəzifəsini icra etmişdir.
2020-ci ildən hal-hazıradək Səadət Sarayının Bakı Nikah evinin müdiri vəzifəsində çalışır.
Rus və alman dillərini bilir.
Ailəlidir, iki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2006-cı il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirinin 07 iyun 2018-ci il tarixli əmri ilə Ədliyyə Nazirliyinin “Döş Nişanı” ilə təltif edilmişdir.