İrakli Kobaxidze

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İraklı Kobaxidze
gürc. ირაკლი კობახიძე
bayraq
Gürcüstan Parlamentinin sədri
18 noyabr 2016 – 21 iyun 2019[1]
ƏvvəlkiDavid Usupaşvili
SonrakıTamar Çuqoşvili
Şəxsi məlumatlar
Doğum tarixi 25 sentyabr 1978(1978-09-25) (45 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d]
Həyat yoldaşı Natalia Motsonelidze
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrakli Kobaxidze (gürc. ირაკლი კობახიძე; 25 sentyabr 1978, Tbilisi) — 2016–2019-cu illər arasında Gürcüstan Parlamentinin sədri olan gürcü siyasətçi. 2019-cu ildəki Gürcüstan etirazlarının ilk günündə istefa verdi.[2] 8 fevral 2024-cü ildən Gürcüstanın 16-cı baş naziridir.

Kobaxidze 2000-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2002-ci ildə Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda doktorluq dərəcəsi almışdır. 2005 və 2006-cı illərdə Düsseldorf Universitetində LLM və fəlsəfə doktoru dərəcələrinə layiq görüldükdən sonra Kobaxidze müxtəlif Gürcüstan universitetlərində dərs demişdir. Eyni anda BMTİP-in layihə meneceri olaraqda çalışırdı. O, həmçinin Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərmişdir və Açıq Cəmiyyət — Gürcüstan Fondunda insan hüquqları və qanunun aliliyi üzrə ekspertlər komitəsinin üzvü olmuşdur. Kobaxidze, 2015-ci ilin yanvar ayında hakim Gürcü arzusu partiyasına qatılaraq icra katibi oldu.[2][3] 2016-cı il parlament seçkilərində Gürcü arzusu partiyasının qələbəsindən sonra Kobaxidze 2016-cı il noyabrın 18-də 3 səsverməyə 118 səslə Parlamentin sədri seçildi.[2] Onun seçimi müxalifətdəki "Birləşmiş Millətin Hərəkatı" partiyasının üzvləri tərəfindən tənqid edilib.[4]

Natalya Motsonelidze ilə evlidir və iki oğlu var.

İstinadlar

  1. "ირაკლი კობახიძე გადადგა" (gürcü). 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2019.
  2. 1 2 3 "New Parliament Speaker Elected". Civil Georgia. 18 November 2016. 19 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2016.
  3. "Who is the man in line to become Georgia's next Parliament Speaker?". Agenda.ge. 7 November 2016. 19 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2016.
  4. "Irakli Kobakhidze was a mouthpiece of public split in the pre-election period — Nika Melia". InterPressNews. 18 November 2016. 20 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2016.