İrakli Kobaxidze (gürc. ირაკლი კობახიძე; 25 sentyabr 1978, Tbilisi) — 2016–2019-cu illər arasında Gürcüstan Parlamentinin sədri olan gürcü siyasətçi. 2019-cu ildəki Gürcüstan etirazlarının ilk günündə istefa verdi.[2] 8 fevral 2024-cü ildən Gürcüstanın 16-cı baş naziridir.
İraklı Kobaxidze | |
---|---|
gürc. ირაკლი კობახიძე | |
18 noyabr 2016 – 21 iyun 2019[1] | |
Əvvəlki | David Usupaşvili |
Sonrakı | Tamar Çuqoşvili |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr 1978 (46 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d] |
Həyat yoldaşı | Natalia Motsonelidze |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kobaxidze 2000-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2002-ci ildə Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda doktorluq dərəcəsi almışdır. 2005 və 2006-cı illərdə Düsseldorf Universitetində LLM və fəlsəfə doktoru dərəcələrinə layiq görüldükdən sonra Kobaxidze müxtəlif Gürcüstan universitetlərində dərs demişdir. Eyni anda BMTİP-in layihə meneceri olaraqda çalışırdı. O, həmçinin Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərmişdir və Açıq Cəmiyyət — Gürcüstan Fondunda insan hüquqları və qanunun aliliyi üzrə ekspertlər komitəsinin üzvü olmuşdur. Kobaxidze, 2015-ci ilin yanvar ayında hakim Gürcü arzusu partiyasına qatılaraq icra katibi oldu.[2][3] 2016-cı il parlament seçkilərində Gürcü arzusu partiyasının qələbəsindən sonra Kobaxidze 2016-cı il noyabrın 18-də 3 səsverməyə 118 səslə Parlamentin sədri seçildi.[2] Onun seçimi müxalifətdəki "Birləşmiş Millətin Hərəkatı" partiyasının üzvləri tərəfindən tənqid edilib.[4]
Natalya Motsonelidze ilə evlidir və iki oğlu var.