Gürcüstan etirazları (gürc. გავრილოვის ღამე, azərb. Qavrilovun gecəsi) – Gürcüstanın paytaxtı Tbilisi şəhərində 2019-cu ilin 20 iyun tarixindən etibarən başlamış hökumət əlehinə xalq etirazları. Etirazların səbəbi Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləməsi olmuşdur.[1][2][3].
Gürcüstan etirazları გავრილოვის ღამე | |
---|---|
| |
Tarix | 20 iyun, 2019 - dekabr, 2019 |
Yeri | Tbilisi, Gürcüstan |
Səbəbi | Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləməsi. |
Gürcüstanın paytaxtı Tbilisidə etirazlardan sonra 21 iyun tarixində parlamentin spikeri İrakli Kobaxidze istefa verib. Onun mənsub olduğu hakim Gürcü arzusu — Demokratik Gürcüstan partiyası onun qərarını xalq qarşısında məsuliyyətin nümayişi kimi dəyərləndirib. Cümə axşamı günü parlament qarşısındakı etiraz aksiyasında polislə toqquşması olub, yaralılar var və 240 nəfər xəstəxanalara aparılıb. Polis nümayişləri dağıtmaq üçün gözyaşardıcı qaz, su topları və rezin güllələrdən istifadə edib.
Hökumət üzvlərinin istefasını tələb edən mitinq iştirakçıları parlament binasına girməyə cəhd göstəriblər. Hadisələr nəticəsində 39 polis nəfəri və 30 etirazçı yaralanıb, Baş nazir Mamuka Baxtadze açıqlayıb. Etirazlara səbəb Tbilisidə keçirilən pravoslav ölkələrin parlamentlərarası assambleyasının sessiyası zamanı rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kreslosunda oturması olub.
Parlamentdə təmsil olunan müxalif gürcü deputatlar bu hərəkətdən hiddətləniblər. Həmçinin Sergey Qavrilovun rus dilində çıxış etməsi də ölkədə Rusiya varlığına qarşı olan gürcü siyasətçilərin və vətəndaşları açıqlandırıb. Frans Press məlumat verib ki, parlament binası qarşısına toplaşmış 10 mindən çox etirazçı polis sipərini qıraraq Parlamentin spikeri İrakli Kobaxidze və digər rəsmi şəxslərin istefasını tələb ediblər.
Etiraz edənlərin bəziləri nümayişə Avropa İttifaqı bayraqları və Rusiya işğalçıdır şüarları ilə gəliblər. Polis səhərə yaxın etirazçıları Rustaveli prospektindən uzaqlaşdıra bilib.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində 20 iyun, 2019-cu ildən etibarən başlamış etirazların etirazlar ardınca Rusiya aviaşirkətlərinə rusiyalıları Gürcüstana aparmaq qadağan edilib. Rusiya prezidenti Vladimir Putinin müvafiq fərmanı 8 iyul tarixində qüvvəyə minəcəkdir. Kreml saytında dərc olunmuş sənəd həmçinin Rusiya vətəndaşlarının geri qaytarılmasını nəzərdə tutur.
Sərnişin uçuşlarına dair qərar Gürcüstanda pravoslav ölkələrin parlamentlərarası assambleyasının sessiyası zamanı rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kreslosunda əyləşməsi ilə bağlı yaranmış etirazlardan sonra qəbul edilib.[4].
Gürcüstan prezidenti Salome Zurabişvili Euronews telekanalına verdiyi müsahibədə Rusiyanın turist embarqosuna münasibət bildirib. Ölkə başçısı bildirib ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiyadan Gürcüstana gələn turistlərin sayı azalmamalıdır. Onun sözlərinə görə, rusiyalılar Gürcüstanı sevirlər və bu ölkəyə səfərlərdən imtina etməməlidirlər. Siyasətçilər isə problemin həlli üçün başqa yollar axtarmalıdırlar.
Bu məsələnin həlli Gürcüstanın ərazi bütövlüyünü tələb edir, lakin heç bir şeyə baxmayaraq turistlərin axını azalmamalıdır və bu, Gürcüstandakı dinc şəraitə təsir etməməlidir. - deyə Gürcüstan prezidenti Salome Zurabişvili öz müsahibəsində bildirib.