İsmət Nəcəfov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İsmət Nəcəfov
İsmət Məhəmməd oğlu Nəcəfov
Doğum tarixi (91 yaş)
Doğum yeri Qax rayonu, Sarıbaş, Azərbaycan SSR
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni — 2009

İsmət Məhəmməd oğlu Nəcəfov — fizika-riyaziyyat elmləri doktoru, professor.

Həyatı

İsmət Məhəmməd oğlu Nəcəfov 21 yanvar 1933-cü ildə Qax rayonunun Sarıbaş kəndində anadan olub. 1940-cı ildə Qax orta məktəbinə daxil olmuş, 1950-ci ildə həmin məktəbi medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və universitetdə Lenin təqaüdü ilə oxumuşdur. 1955-ci ildə ADU-nu fizika ixtisası uzrə fərqlənmə diplomu ilə bitirmiş və 1956-cı ildə Moskva Dövlət Universitetinin nəzəri fizika ixtisası uzrə aspiranturasına daxil olmuşdur. 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir[1]. Evlidir, İki övladı var.

Təhsili, elmi dərəcə və elmi adları

1950–1955-ci illərdə Bakı Dövlət Universiteti fizika fakültəsinin tələbəsi. 1956–1959-cu illərdə MDU-nun aspirantı. 1959-cu ildə MDU-da "Tormozlanma şüalanması və elektron-pozitron cütünün yaranması proseslərində polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1975-ci ildə BDU-da Sərt fotonların iştiraki ilə yüksək enerjilərdə elektromaqnit prosesləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Tədqiqat sahəsi

  • Kristal mühitlərdə elektromaqnit leysanı, kristal mühitlərdə yüksək enerjili qeyri-elastiki elektromaqnit prosesləri.

Beynəlxalq seminar və konfranslarda iştirakı

  • "Nüvə spektroskopiyası və atom nüvəsinin quruluşu" -aid .8,9,10, 18,20,24,25,26,27,28,30,31,32,33,34,35,36,37,38,39,40,41,42,43,44,45,46, 49,50,52,53,54,55,56, və 58-ci beynəlxalq konfranslar
  • Nüvə elmi və onun tətbiqləri, VAvrasiya. Beynəlxalq elmi konfrans, Ankara, 2008
  • Nüvə enerjisinin gələcəyin enerji təminatında rolu. Beynəlxalqelmi konfrans, Bakı, 2008

Seçilmiş əsərləri

ISI jurnallarında çap olunmuş məqalələri

  • Nəcəfov İ. M., Rəcəbov M. R. Elektromaqnit leysanına kristal strukturun təsiri. İzv. AN. SSSR fizika,.1987, c.51, 5, s.986–993.
  • Nəcəfov İ. M., Rəcəbov M. R. Nüvə strukturunu və təpmə effektlərini nəzərə almaqla nüvədə -fotocütünün yaranması prosesində spin korrelyasiyasının tədqiqi. İzv. AN. SSSR fizika, 1987, c.51, 5, s.1960–1965.
  • Nəcəfov İ. M., Rəcəbov M. R. Polyarizə olunmuş zərrəciklərin elektromaqnit leysanının kaskad nəzəriyyəsi. İzv. AN. SSSR fizika, 1987, c.52, 5, s.850–856..
  • Nəcəfov İ. M., Rəcəbov M. R. Kristal mühitlərdə dairəvi polyarizə olunmuş tormozlanma şüalanmasının tədqiqi. İzv. AN. SSSR fizika, 1989, c.53, 5, s.960–963.
  • Nəcəfov İ. M., Rəcəbov M. R. Kristal mühitdə dairəvi polyarizə olunmuş g-kvant tərəfindən -cütünün fotoyaranması. İzv. AN. SSSR fizika, 1989, c.53, 5, s.964–966.
  • Nəcəfov İ. M., Rəcəbov M. R. Polyarizə olunmuş zərrəciklərin kristalda elektromaqnit leysanı. İzv. AN. SSSR fizika,.1990, c.54, 9, s.1863–1868.
  • Nəcəfov İ. M., Rəcəbov M. R. Müonların uzununa polyarizasiyasını nəzərə almaqla kristalda müon-foton leysanının tədqiqi. İzv. RAN, fizika, 2000, c.64, 1, s.15–19.

2003–2008-ci illərdə çap olunmuş məqalələri

  • Nəcəfov İ. M., Rəcəbov M. R., N. İ. Nəcəfov. Xətti polyarizə olunmuş g-kvantın tərəfindən kristalda yaranan müon-foton leysanının tədqiqi . İzv. RAN., fizika, 2004, c.68, 8, s.1191–1194.
  • Nəcəfov İ. M., Rəcəbov M. R. Polyarizə olunmuş müonun tərs tormozlanma şüalanmasının inteqral ehtimalı. İzv. RAN, fizika, 2004, c.68, 8.
  • Nəcəfov İ. M., Rəcəbov M. R. Dairəvi polyarizə olunmuş g-kvant tərəfindən kristalda yaranan müon-foton leysanının nəzəriyyəsi. İzv. RAN, fizika, 2005, c.69, 11, s.1711–1714.
  • Nəcəfov İ. M., Rəcəbov M. R. Müxtəlif başlanğıc şərtlər daxilində kristallarda polyarizə olunmuş elektron-foton leysanı. İzv. RAN, fizika, 2006, c.70, 5, s.729–732.
  • Nəcəfov İ. M., Rəcəbov M. R. Müxtəlif başlanğıc şərtlər daxilində kristallarda polyarizə olunmuş müon-foton leysanının yaranması. İzv. RAN, fizika, 2007, c.71, 9, s.1355–1359

İstinadlar

  1. "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". http://e-qanun.az (azərb.). 30 oktyabr 2009. 27 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2016.

Xarici keçidlər