İsmət Məhəmməd oğlu Nəcəfov — fizika-riyaziyyat elmləri doktoru, professor.
İsmət Məhəmməd oğlu Nəcəfov 21 yanvar 1933-cü ildə Qax rayonunun Sarıbaş kəndində anadan olub. 1940-cı ildə Qax orta məktəbinə daxil olmuş, 1950-ci ildə həmin məktəbi medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və universitetdə Lenin təqaüdü ilə oxumuşdur. 1955-ci ildə ADU-nu fizika ixtisası uzrə fərqlənmə diplomu ilə bitirmiş və 1956-cı ildə Moskva Dövlət Universitetinin nəzəri fizika ixtisası uzrə aspiranturasına daxil olmuşdur. 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir[1]. Evlidir, İki övladı var.
1950–1955-ci illərdə Bakı Dövlət Universiteti fizika fakültəsinin tələbəsi. 1956–1959-cu illərdə MDU-nun aspirantı. 1959-cu ildə MDU-da "Tormozlanma şüalanması və elektron-pozitron cütünün yaranması proseslərində polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1975-ci ildə BDU-da Sərt fotonların iştiraki ilə yüksək enerjilərdə elektromaqnit prosesləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
- Kristal mühitlərdə elektromaqnit leysanı, kristal mühitlərdə yüksək enerjili qeyri-elastiki elektromaqnit prosesləri.
- "Nüvə spektroskopiyası və atom nüvəsinin quruluşu" -aid .8,9,10, 18,20,24,25,26,27,28,30,31,32,33,34,35,36,37,38,39,40,41,42,43,44,45,46, 49,50,52,53,54,55,56, və 58-ci beynəlxalq konfranslar
- Nüvə elmi və onun tətbiqləri, VAvrasiya. Beynəlxalq elmi konfrans, Ankara, 2008
- Nüvə enerjisinin gələcəyin enerji təminatında rolu. Beynəlxalqelmi konfrans, Bakı, 2008
- Nəcəfov İ. M., Rəcəbov M. R. Elektromaqnit leysanına kristal strukturun təsiri. İzv. AN. SSSR fizika,.1987, c.51, 5, s.986–993.
- Nəcəfov İ. M., Rəcəbov M. R. Nüvə strukturunu və təpmə effektlərini nəzərə almaqla nüvədə -fotocütünün yaranması prosesində spin korrelyasiyasının tədqiqi. İzv. AN. SSSR fizika, 1987, c.51, 5, s.1960–1965.
- Nəcəfov İ. M., Rəcəbov M. R. Polyarizə olunmuş zərrəciklərin elektromaqnit leysanının kaskad nəzəriyyəsi. İzv. AN. SSSR fizika, 1987, c.52, 5, s.850–856..
- Nəcəfov İ. M., Rəcəbov M. R. Kristal mühitlərdə dairəvi polyarizə olunmuş tormozlanma şüalanmasının tədqiqi. İzv. AN. SSSR fizika, 1989, c.53, 5, s.960–963.
- Nəcəfov İ. M., Rəcəbov M. R. Kristal mühitdə dairəvi polyarizə olunmuş g-kvant tərəfindən -cütünün fotoyaranması. İzv. AN. SSSR fizika, 1989, c.53, 5, s.964–966.
- Nəcəfov İ. M., Rəcəbov M. R. Polyarizə olunmuş zərrəciklərin kristalda elektromaqnit leysanı. İzv. AN. SSSR fizika,.1990, c.54, 9, s.1863–1868.
- Nəcəfov İ. M., Rəcəbov M. R. Müonların uzununa polyarizasiyasını nəzərə almaqla kristalda müon-foton leysanının tədqiqi. İzv. RAN, fizika, 2000, c.64, 1, s.15–19.
- Nəcəfov İ. M., Rəcəbov M. R., N. İ. Nəcəfov. Xətti polyarizə olunmuş g-kvantın tərəfindən kristalda yaranan müon-foton leysanının tədqiqi . İzv. RAN., fizika, 2004, c.68, 8, s.1191–1194.
- Nəcəfov İ. M., Rəcəbov M. R. Polyarizə olunmuş müonun tərs tormozlanma şüalanmasının inteqral ehtimalı. İzv. RAN, fizika, 2004, c.68, 8.
- Nəcəfov İ. M., Rəcəbov M. R. Dairəvi polyarizə olunmuş g-kvant tərəfindən kristalda yaranan müon-foton leysanının nəzəriyyəsi. İzv. RAN, fizika, 2005, c.69, 11, s.1711–1714.
- Nəcəfov İ. M., Rəcəbov M. R. Müxtəlif başlanğıc şərtlər daxilində kristallarda polyarizə olunmuş elektron-foton leysanı. İzv. RAN, fizika, 2006, c.70, 5, s.729–732.
- Nəcəfov İ. M., Rəcəbov M. R. Müxtəlif başlanğıc şərtlər daxilində kristallarda polyarizə olunmuş müon-foton leysanının yaranması. İzv. RAN, fizika, 2007, c.71, 9, s.1355–1359