Şərq yemişanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şərq yemişanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şərq yemişanı (lat. Crataegus orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Təbii yayılması

Türkiyə, Azərbycan, Gürcüstan, Ukrayna, Albaniya, Siciliya, İspaniya və Şimali Qafqazda daşlı-qayalıq ərazilərdə bitir.

Botaniki təsviri

Hündürlüyü 5 m-ə çatan, tikanlı, al-qırmızı, qonur, boz budaqlara malik kol və ya ağacdır. Yarpaqları 3 və ya 7 dilimli, uzunluğu еnindən 3-4 dəfə çoхdur, yayda rəngi-tünd yaşıl, payızda isə narıncı-qırmızıya çalır. Çiçəkləri ağ, al qırmızıdır, 12–15 mm uzunluqda olub, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli və ya bir az oval, diamеtri 10 mm-ə çatan çəyirdəkmеyvədir, sеntyabr-oktyabr aylarında yеtişir, uzun müddət ağacın üzərində qalır.

Ekologiyası

Bitki soyuğa, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir, qayalıqlarda daha yaxşı bitir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi

Bitki 200-300 il yaşamaqla 10 yaşından sonra mеyvə vеrir. Bir ağacdan 5-10 kq mеyvə yığılması yaхşı göstərici hеsab еdilir. Yеmişan plantasiyalarında hər hеktarda 600-ə qədər bitki əkilir.

Yarpaq

Yarpaqları qalıntəhərdir, hər iki tərəfdən sıx məxməri boz yumşaq tüklü olub, uzunsov-əksinə yumurtaşəkillidir, qaidə hissəsində pazşəkillidir, 3-5 bölümlüdür; yarpağın bölümləriensizdir, onların uzunluğu 3-3,5 dəfə enindən artıqdır, təpə hissədə 1-4 ədəd dişli və yaxud dərin bölükşəkilli kəsiklidir; saplaq qısadır və yayarpaqlar demək olar ki, oturaqdır.

Çiçək

Çiçəkləri sıx azçiçəkli qalxanvari çicək qrupunda yerləşir. Çiçək qrupunun budaqları, saplağı və kasa yarpağı sıx ağ rəngli keçə tüklüdür. Sütuncuğu 5 ədəd, nadir halda 4 ədəd olur.

Meyvə

Meyvələri 10–12 mm uzunluğundadır, qırmızımtıl-narıncı rəngdə olub, qismən tükcüklü yaxud çılpaqdır, yastılaşmış şarşəkillidir, təpə hissədə qurumuş, bükülmüş kasa yarpaqları vardır. Toxumları 5, nadir hallarda 4 ədəd olub, üçtillidir.

Çiçəkləməsi

(May) İyun-iyul.

Meyvə verməsi

Sentyabr-oktyabr.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax