Şahzadə Murad

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şahzadə Murad
Osmanlıca:شہزادہ مراد
Doğum tarixi
Doğum yeri Amasya, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri Kaşan və ya İsfahan, Səfəvi imperiyası
Atası Şahzadə Əhməd
Dini İslam

Şahzadə Murad (Osmanlıca:شہزادہ مراد‎; 1495, Amasya1519, İsfahan) — Osmanlı şahzadəsi, Şahzadə Əhmədin övladı. II Bəyazidin (1481–1512) ölümündən sonra Osmanlı taxtı uğrunda baş vermiş toqquşmalarda iştirak etmişdir.

Həyatı

Muradın atası Əhməd Osmanlı taxtının hüquqi varisi idi. Lakin taxt-tac uğrunda mübarizədə qardaşı Şahzadə Səlimə məğlub olmuş Əhməd Səfəvi hökmdarı I Şah İsmayıldan yardım almışdır.[1] Şahzadə Əhmədin Səlim tərəfindən öldürülməsindən sonra onun oğlu Murad Şah İsmayıldan yardım almağa və taxt iddiasını davam etdirməyə çalışmışdır.[1] Şah İsmayıl ondan istifadə eədərk Səlimə qarşı olan müxalifəti mobilizasiya etmək istəyirdi.[1] 1512-ci ildə Nurəli Xəlifənin Anadoluya doğru baş tutmuş böyük ölçülü yürüşündə Murad da ona qatılmış və hətta səfəvilərdən Qızılbaş börkü almışdır.[2][3] Səlimin xəfiyyələrinin ona verdiyi məlumata görə, Şah İsmayılın məqsədi Anadolunu ələ keçirmək və bəylərbəyilik kimi Murada vermək idi. Yerdə qalan torpaqlar isə qızılbaşlar tərəfindən idarə edilməli idi.[2] Hər bir halda, Qızılbaşların Murada verdikləri dəstək nəticəsiz qaldı və Murad Səfəvi sarayına sığınmağa məcbur oldu.

Muradln taxt-tac iddiası zamanı Şah İsmayılın onu dəstəkləməsi Sultan Səlim üçün əsas casus belli (savaş bəhanəsi) olmuş və Çaldıran döyüşü ilə nəticələnmişdir.[1]

O, Kaşanda[1] və ya İsfahanda[4] vəfat etmişdir.

Övladları

Həmçinin bax

Mənbə

  • McCaffrey, Michael J. ČĀLDERĀN // Encyclopaedia Iranica, Vol. IV, Fasc. 6. 1990. 656–658.
  • Savory, Roger; Karamustafa, Ahmet T. ESMĀʿĪL I ṢAFAWĪ // Encyclopaedia Iranica, Vol. VIII, Fasc. 6. 1998. 628–636.
  • Savory, Roger. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 978-0521042512.
  • Faroqhi, Suraiya; Fleet, Kate, redaktorlar The Cambridge History of Turkey (Vol. 2): The Ottoman Empire as World Power, 1453-1603. Cambridge: Cambridge University Press. 2012. 1–723. ISBN 978-1316175545.

İstinadlar

  1. 1 2 3 4 5 Savory, 2007. səh. 40
  2. 1 2 Faroqhi, Fleet, 2012
  3. McCaffrey, 1990. səh. 628-636
  4. Savory, Karamustafa, 1998. səh. 628-636
  5. 1 2 Yelçe, Nevin Zeynep. The Making of Sultan Süleyman: A Study of Process/es of Image-Making and Reputation Management. 2009. 48–49, 64–65.
  6. 1 2 Al-Tikriti, Nabil Sirri. Şehzade Korkud (ca. 1468-1513) and the Articulation of Early 16th Century Ottoman Religious Identity – Volume 1 and 2. 2004. 95, 316–17.
  7. Belgeler, Türk tarih belgeleri dergisi, Volumes 9-11. Türk Tarih Kurumu Basımevi. 1979. 49.