Şahzadə Murad (Osmanlıca:شہزادہ مراد; 1495, Amasya – 1519, İsfahan) — Osmanlı şahzadəsi, Şahzadə Əhmədin övladı. II Bəyazidin (1481–1512) ölümündən sonra Osmanlı taxtı uğrunda baş vermiş toqquşmalarda iştirak etmişdir.
Şahzadə Murad | |
---|---|
Osmanlıca:شہزادہ مراد | |
Doğum tarixi | |
Doğum yeri | Amasya, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Kaşan və ya İsfahan, Səfəvi imperiyası |
Atası | Şahzadə Əhməd |
Dini | İslam |
Muradın atası Əhməd Osmanlı taxtının hüquqi varisi idi. Lakin taxt-tac uğrunda mübarizədə qardaşı Şahzadə Səlimə məğlub olmuş Əhməd Səfəvi hökmdarı I Şah İsmayıldan yardım almışdır.[1] Şahzadə Əhmədin Səlim tərəfindən öldürülməsindən sonra onun oğlu Murad Şah İsmayıldan yardım almağa və taxt iddiasını davam etdirməyə çalışmışdır.[1] Şah İsmayıl ondan istifadə eədərk Səlimə qarşı olan müxalifəti mobilizasiya etmək istəyirdi.[1] 1512-ci ildə Nurəli Xəlifənin Anadoluya doğru baş tutmuş böyük ölçülü yürüşündə Murad da ona qatılmış və hətta səfəvilərdən Qızılbaş börkü almışdır.[2][3] Səlimin xəfiyyələrinin ona verdiyi məlumata görə, Şah İsmayılın məqsədi Anadolunu ələ keçirmək və bəylərbəyilik kimi Murada vermək idi. Yerdə qalan torpaqlar isə qızılbaşlar tərəfindən idarə edilməli idi.[2] Hər bir halda, Qızılbaşların Murada verdikləri dəstək nəticəsiz qaldı və Murad Səfəvi sarayına sığınmağa məcbur oldu.
Muradln taxt-tac iddiası zamanı Şah İsmayılın onu dəstəkləməsi Sultan Səlim üçün əsas casus belli (savaş bəhanəsi) olmuş və Çaldıran döyüşü ilə nəticələnmişdir.[1]
O, Kaşanda[1] və ya İsfahanda[4] vəfat etmişdir.