Nurəli Xəlifə

Nurəli Xəlifə və ya Nurəli Xəlifə Rumlu — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi. Türkman tayfasına mənsub olmuşdur. 1511-ci ildən 155-ci ilə qədər, yəni Şah İsmayılın (1501-1524) hakimiyyəti dövründə Ərzincan canişini olmuşdur.[1][2]

Nurəli Xəlifə
Nurəli Xəlifə Rumlu
bayraq
Ərzincan hakimi
bayraq2
1511 – 1515
SonrakıOsmanlı işğalı
Şəxsi məlumatlar
Vəfat tarixi XVI əsr
Milliyyəti türkman
Hərbi xidmət
Rütbəsi general
Döyüşlər Anadolu yürüşü (1512),
Çaldıran döyüşü

Həyatı[redaktə | mənbəni redaktə et]

Nurəli Xəlifə Səfəvi dövlətinin erkən yaranış mərhələsində mühüm rol oynamışdır. Onun 1512-ci ildə Anadoluya etdiyi böyük həcmli yürüş Sultan Səlimin taxta çıxmasından sonra həyata keçirilmiş və 1514-cü ildə baş tutmuş Çaldıran döyüşünə aparan yolda həlledici amillərdən biri olmuşdur.[3][2] Onun bu yürüşündə Anadoludakı qızılbaşlar mühüm rol oynamışdır. Nurəli Xəlifə qızılbaşlarla birlikdə Anadolunun içklərinə doğru irəliləmiş, Tokatı ələ keçirib, yağmaladıqdan sonra orada Şah İsmayılın adına xütbə oxutdurmuşdur. Bundan sonra bölgəyə gəlmiş və Sinan Paşa komandanlığındakı Osmanlı ordusu da darmadağın edilmişdir. Nurəli Xəlifəni bu yürüşündə Osmanlı taxt-tacı uğrunda mübarizədə Sultan Səlimə məğlub olmuş Osmanlı şahzadəsi Şahzadə Murad da iştirak edirdi.[4][2]

Həlledici Çaldıran döyüşü zamanı Nurəli Xəlifə və Məhəmməd xan Ustaclı Şah İsmayılın Osmanlı döyüş taktikaları ilə meydanda tanış olmuş sərkərdələri idilər.[5] Bu iki sərkərdə Osmanlı ordusunun müdafiə mövqelərini düzəldə bilməmiş, qəfildən topyekun hücuma keçməyi təklif etdilər. Lakin onların bu təklifləri bir digər Səfəvi sərkərdəsi Durmuş xan Şamlı tərəfindən qətiyyətlı qınandı. Belə ki, Durmuş xan "hazırlıqsız düşmənlə döyüşməyi qorxaqlıq" adlandırdı.[6][5] Şah İsmayıl Durmuş xan Şamlının təklifi ilə razılaşdı və Osmanlı ordusuna müdafiə mövqeləri qurması üçün imkan verildi. Bu yanlış addım sonra Çaldıran döyüşündə Səfəvi ordusunun məğlubiyyəti ilə nəticələndi.[6][5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Floor, 2008. səh. 149
  2. 1 2 3 Savory, Karamustafa, 1998. səh. 628-636
  3. Savory, 2007. səh. 40
  4. Savory, 2007. səh. 31
  5. 1 2 3 Savory, 2007. səh. 41
  6. 1 2 McCaffrey, 1990. səh. 656-658

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • .Encyclopaedia Iranica. Čālderān. Michael J. McCaffrey.
  • Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN 978-1933823232.
  • Encyclopaedia Iranica. EsmāʿĪl I Ṣafawī. Roger Savory və Ahmet Karamustafa. | first = Roger | author-link = Roger Savory | last2 = Karamustafa | first2 = Ahmet T. | url = http://www.iranicaonline.org/articles/esmail-i-safawi | volume = 8 | fascicle = 6 | pages = 628–636 }}
  • Savory, Roger. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 978-0521042512.