Şamil Allahverdiyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şamil Allahverdiyev
Doğum tarixi 6 iyun 1930(1930-06-06)
Doğum yeri
Vəfat tarixi 3 mart 1998(1998-03-03) (67 yaşında)
Vəfat yeri
Təhsili

Şamil İsmayıl oğlu Allahverdiyev (6 iyun 1930, Yengicə3 mart 1998, Bakı) — Geoloq, geologiya-mineralogiya elmləri doktoru.[1]

Həyatı

Şamil Allahverdiyev 1930-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini, 1959-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirmişdir. Həmin İnstitutda elmi, böyük elmi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1988-ci ildən İzotop geologiyası və geoxronologiyası laboratoriyasına rəhbərlik etmişdir. Elmi fəaliyyəti ofiolit kompleksi süxurlarının petrologiyası və mineralogiyası ilə bağlıdır. Ofiolit kompleks süxurlarında Azərbaycan üçün yeni olan 30-dan çox müəyyən və təsvir etmişdir. 100 — qədərelmi işi, 3 monoqrafiyası (2-si həmmüəlliflə) çap olunmuşdur. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət də göstərmişdir. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr etmişdir. Şamil Allahverdiyev, 1998-ci ilin mart ayının 3-də Bakı şəhərində 67 yaşında vəfat etmişdir.[1]

İstinadlar

  1. 1 2 Allahverdiyev Şamil İsmayıl oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 2. ISBN 5-8066-1468-9.