Şamil Allahverdiyev

Şamil İsmayıl oğlu Allahverdiyev (6 iyun 1930, Yengicə3 mart 1998, Bakı) — Geoloq, geologiya-mineralogiya elmləri doktoru.[1]

Şamil Allahverdiyev
Yaqub İsmayıl oğlu Allahverdiyev
Doğum tarixi
Doğum yeri Yengicə, Şərur rayonu, Naxçıvan, ZSFSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Şamil Allahverdiyev 1930-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini, 1959-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirmişdir. Həmin İnstitutda elmi, böyük elmi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1988-ci ildən İzotop geologiyası və geoxronologiyası laboratoriyasına rəhbərlik etmişdir. Elmi fəaliyyəti ofiolit kompleksi süxurlarının petrologiyası və mineralogiyası ilə bağlıdır. Ofiolit kompleks süxurlarında Azərbaycan üçün yeni olan 30-dan çox müəyyən və təsvir etmişdir. 100- qədərelmi işi, 3 monoqrafiyası (2-si həmmüəlliflə) çap olunmuşdur. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət də göstərmişdir. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr etmişdir. Şamil Allahverdiyev, 1998-ci ilin mart ayının 3-də Bakı şəhərində 67 yaşında vəfat etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Allahverdiyev Şamil İsmayıl oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov . 2005. səh. 2. ISBN 5-8066-1468-9.