Şina (xalq)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şina
Özünüadlandırma
Ṣiṇyaá
Ümumi sayı
120 min nəf. 1998-ci il
Yaşadığı ərazilər
Hindistan Hindistan
Pakistan Pakistan
Dili

Şina dili

Dini

islam (sünnilər, ismaililər, şiələr), buddizm, animizm, hinduizm

Qohum xalqlar

digər Hind-ari xalqları

Pakistanda şinalıların yayılma ərazisi. Bölgə yaşıl rənglə göstərilib.

Şina — Hindistanın Cammu və Kaşmir ştatında, eləcədə Pakistan ərazisində yaşayan xalq. Hindistanın şinalılar yaşayan ərazinin böyük hissəsi Pakistan tərəfindən nəzarətdə saxlanılır. Əhalinin ümumi sayı 120 min nəfərdir(1998). Şina dili hind-avropa dillərinin hind-iran dilləri qolunun dardı dili qrupuna daxildir[1].

Tarixi

İslamın gəlişinə qədər şınalılar arasında asılı kəndli münasibətləri üstünlük təşkil edirdi. Knyazlıqlar arasında baş verən vətəndaş müharibələri nəticəsində qul bazarlarında sərbəst qul çıxarmaq təcrübəsi genişləndi.

Məşğuliyyəti

Əkinçilik — şinalıların ənənəvi təsərrüfat sahəsidir ( taxılçılıq, bağçılıq); Qilqit vadisində isə üzümçülük geniş yayılıb. Məhsuldar toprpaqların az olması nəticəsində əhali sıx məskunlaşıb. Qurudulmuş meyvə və tərəvəz məhsulları çoxluq təşkil edir.

Yüksək dağlıq ərazilərdə heyvandarlıq, ovçuluq, qızıl axtarışı üstünlük təşkil edir. Şinalıların digər məşğuliyyətlərindən biri - karvanlara xidmətdir. Məhz Qilqit vadisi əsas ticarət yollarının kəsişməsində yerləşir.

Sosial mühit və din

Bölgədə kənd icması münasibətləri hələdə qalmaqdadır. Əsas dini inancları: islam (sünnilər, ismaililər, şiələr), buddizm, animizm, hinduizm

İstinadlar

  1. "Tribes of India". 2009-20012. 2010-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-23.

Ədəbiyyat

  • Кочнев В.И. Шина // Народы и религии мира / Глав. ред. В.А. Тишков. М.: Большая Российская Энциклопедия, 1999. С. 643.
  • Народы Южной Азии / Под ред. М. Г. Левина . Издательство Академии наук СССР - М.: 1963. - С. 343.
  • Пакистан: справочник / Глав. ред. М.И. Штемпель. - 3-е изд., испр. и доп. - М. : Наука, 1991. С. 29.
  • Этносы и конфессии на Востоке: конфликты и взаимодействие / Отв. ред. А.Д. Воскресенский. М.: МГИМО (У). М. 2005. С. 434.
  • Backstrom, Peter C. and Carla F. Radloff. 1992. Languages of northern areas. P. 412.

Xarici keçidlər