Əbülfəz Ağayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əbülfəz Ağayev
Əbülfəz Yusif oğlu Ağayev
bayraq
İmişli Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
30 sentyabr 2004[1] – 14 aprel 2012[2]
SonrakıVilyam Hacıyev
bayraq
Sabirabad Rayonu İcra Hakimiyyətinin başçısı
bayraq2
4 iyul 2002[3] – 30 sentyabr 2004[4]
ƏvvəlkiBəylər Xancanov[5]
SonrakıƏşrəf Məmmədov[6]
bayraq
Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı
bayraq2
28 iyul 2000[7] – 4 iyul 2002[8]
ƏvvəlkiSeyfəddin Məmmədov
SonrakıFəzail Alışov
Şəxsi məlumatlar
Doğum tarixi (66 yaş)
Doğum yeri Xol Qarabucaq, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ

Əbülfəz Ağayev (tam adı: Əbülfəz Yusif oğlu Ağayev; 18 oktyabr 1957, Neftçala rayonu) — siyasətçi.

Həyatı

Əbülfəz Yusif oğlu Ağayev 18 oktyabr 1957-ci ildə Azərbaycan Respublikası Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1980-cı ildə Moskva Kənd Təsərrüfаtı İstehsalı və Mühəndisləri İnstitutunu, 1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1974-cü ildə Neftçala rayonunun Xol Qarabucaq kəndindəki N.Nərimanov adına kolxozda təmirçi-çilingər kimi başlamışdır. 1980-ci ildən 151 saylı Neftçala Texniki-Peşə məktəbində müəllim, Kolxozda və Rayon Aqrar-Sənaye Birliyində baş mühəndis, 1984-cü ildən Neftçala rayonu Komsomol Komitəsinin birinci katibi, 1987-ci ildən Neftçala rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Aqrar-Sənaye Birliyinin rəisi, 1989-cu ildən Rayon Aqrar-Sənaye Kombinatının baş direktoru, Rayon İcra Hakimiyyəti Başçısının müavini, Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi, 1995-ci ildən Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, 2000-ci ildən Neftçala Rayon Bələdiyyəsinin sədri, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2002-ci ildən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, 2004–2012-ci illərdə isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.

Evlidir. 1 övladı var

İstinadlar

  1. http://www.e-qanun.az/framework/6409[ölü keçid]
  2. https://president.az/articles/4705/print
  3. "Ə.Y. Ağayevin Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 4 iyul,2002-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
  4. "Ə.Y. Ağayevin Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 30 sentyabr,2004-cü il. 2019-05-30 tarixində arxivləşdirilib.
  5. "B. M. Xancanovun  Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 4 iyul,2002-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
  6. "Ə. İ. Məmmədovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 30 sentyabr,2004-cü il. 2019-05-30 tarixində arxivləşdirilib.
  7. Ə. Y. Ağayevin Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 28 iyul 2000-ci il[ölü keçid]
  8. "Ə. Y. Ağayevin Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 4 iyul 2002-ci il". 2012-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-01.

Həmçinin bax