Təvəkkül Xankişiyev

Təvəkkül Gülbala oğlu Xankişiyev (1924, Yuxarı Qaramanlı, Neftçala rayonu5 yanvar 1977) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi (1973–1977), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı.

Təvəkkül Xankişiyev
1975 – 5 yanvar 1977
Seçki dairəsi305 nömrəli Xolqarabucaq
28 aprel 1973 – 5 yanvar 1977
Əvvəlkivəzifə yenidən təsis edilib
Sonrakıİbrahim Qurbanov
Salyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
 – 1973
Sonrakıİbrahim Qurbanov
Şəxsi məlumatlar
Doğum tarixi 1924
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1977(1977-01-05)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təvəkkül Gülbala oğlu Xankişiyev 1924-cü ildə Yuxarı Qaramanlı kəndində doğulub. Orta məktəbi bitirib Xıllı rayon torpaq şöbəsində uçot üzrə inspektor işləyən Təvəkkül Xankişiyev İkinci dünya müharibəsində iştirak edir. 1942–1949-cu illərdə Sovet Ordusunda xidmət göstərmişdir.

Təvəkkül Xankişiyev 1977-ci il yanvarın 5-də ov tüfəngindən açılan güllə ilə intihar etmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Müharibədən qayıtdıqdan sonra Xıllı Rayon Partiya Komitəsində əvvəlcə təlimatçı, daha sonra rayon partiya komitəsinin katibi işləyir. 1957–1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olan Təvəkkül Xankişiyev məktəbi bitirdikdən sonra Azərbaycan Neft Kəşfiyyatı tresti 2 saylı qazma kontorunun ilk partiya təşkilatının katibi olmuşdur. Sonra, o, Neftçaladakı Xanlar adına sovxozun direktoru, Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini, Salyan rayon Partiya Komitəsinin katibi və Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri işləyir. 1973-cü ildə isə Neftçala rayonu təşkil edilərkən birinci katib seçilir.

Təvəkkül Xankişiyev dəfələrlə respublika Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif edilmişdir.

  • Тәвәккүл Әлибала оғлу Ханкишијев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 346.