İsmayıl Vəliyev (icra başçısı)

İsmayıl Məhərrəm oğlu Vəliyev (31 oktyabr 1959, Kirovabad) — Qobustan Rayon İcra Hakimiyyətinin (2005–2011), Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı (2011–2020).

İsmayıl Vəliyev
bayraq
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
26 aprel 2011[1] – 20 fevral 2020[2]
ƏvvəlkiTaleh Qaraşov
SonrakıMirhəsən Seyidov
bayraq
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
24 avqust 2005 – 26 aprel 2011
ƏvvəlkiƏlisəfa Cəbiyev
SonrakıAdil Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 31 oktyabr 1959(1959-10-31) (64 yaş)
Doğum yeri
Təhsili

İsmayıl Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub[3]. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı (indiki Şirvan şəhəri-E. H) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 2005-ci ildən Qobustan RİH-in başçısı olub. 26 aprel 2011-ci il tarixdən 20 fevral 2020-ci ilədək Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

2020-ci il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat keçirib. İsmayıl Vəliyev büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə doldurmaq kimi əməllərə yanaşı rayonu da özünün feodal mülkünə çevirib. İsmayıl Vəliyevin Neftçalanın Qoltuq qəsəbəsindəki heyvandarlıq təsərrüfatı (orada həm də cins keçilər saxlanılır), Neftçala şəhərindəki böyük bazarı, beton zavodu barədə də əməliyyat çəkilişində bəhs edilir. Habelə İsmayıl Vəliyevin qanunsuz aktivlərinə Neftçalada özəl uşaq bağçası, böyük əraziyə malik olan tədarük məntəqəsi, keçmiş yol idarəsinin hektarlarla ərazisi (özəlləşdirilib), min hektarlarla münbit əkin sahələri, "Xol yolu" deyilən ərazidə eşşək ferması da daxildir. Həmin fermada 200-dən çox cins eşşək saxlanılır, onların südü dərman vasitəsi kimi satılır. Habelə İsmayıl Vəliyev rayonun Qaramanlı kəndində sovet dövründən qalan avtomobil zavodunun ərazisini də özəlləşdirib, rayonda qanunsuz balıq ovu biznesi də onun nəzarətində olub. İcra başçısı balıq ovlamaq üçün çoxsaylı motorlu qayıqlar və digər avadanıqlar saxlayıb, o cümlədən Vəliyevin çoxsaylı ağır texnikası, yük maşınları, traktorları da olub.2011-ci ildən rayona rəhbərlik edən İ. Vəliyevin biznesi təkcə Neftçala ilə yekunlaşmayıb. Onun Dubayda müasir kərpic zavodu açdığı, habelə Türkiyədə tikinti biznesinin olduğu da deyilir. Bu biznesi Vəliyevin böyük oğlu idarə edir. Ümumiyyətlə, İ. Vəliyevin ölkə xaricində çoxsaylı aktivlərinin olduğu da bildirilir. Həbs edildiyi gün vəzifəsindən azad edilmişdir.[4]

  1. "İ.M.Vəliyevin Neftçala rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı. president.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
  2. President.Az. "İ.M.Vəliyevin Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 20.02.2020. 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.
  3. "İcra başçısı Neftçalada büdcə vəsaitlərini necə xərcləyir?". 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-04.
  4. "Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-22.