Mirhəsən Seyidov

Mirhəsən Mirheydər oğlu Seyidov (15 iyul 1989, Sumqayıt) — Neftçala Rayon İcra Hakimiyyətinin başçısı (05 mart 2020 – h.h), İrəli İctimai Birliyinin keçmiş sədri (2014–2020).

Mirhəsən Seyidov
bayraq
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
5 mart 2020-ci ildən
Əvvəlkiİsmayıl Vəliyev
27 iyun 2014 – 19 may 2020
ƏvvəlkiRauf Mərdiyev
SonrakıŞahin Rəhmanlı
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1989(1989-07-15) (34 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti İrəli (ictimai birlik)

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildən etibarən Bakı şəhəri 287 nömrəli "Zəkalar" liseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən Mirhəsən Seyidov 2012–2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010 −2011-ci illər ərzində hərbi xidmətini başa vurmuşdur.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlamış, sentyabrdan etibarən isə Gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərmişdir. 2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)–da Regionlarla iş üzrə departament sədri vəzifəsini daşımışdır və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş, yerli təhsil idarələri-universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirmişdir. 2007-ci il iyul ayından eyni təşkilatda Layihələrlə iş üzrə departament sədri kimi fəaliyyət göstərmişdir.2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilmişdir. Dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-da baş katib müavini olaraq ictimai fəaliyyətinə davam etmişdir.2012-ci ilin fevral ayından başlayaraq Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib. 2012 May Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olmuş, 2012-ci il İyul ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb. 2014-cü il 27 iyun tarixindən etibarən isə "İRƏLİ" İctimai Birliyinin sədri təyin edilib. 2015-ci il 29 may tarixində Azərbaycan Respublikasının Milli Məclisinin "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2–17.4-cü və 17.6-cı maddələrinə əsasən İctimai TV (Azərbaycan) 6 il müddətinə Yayım Şurasının üzvü seçilmişdir.[1]

2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının Uşaq Fondu (UNICEF), Avropa İttifaqının, Avropa Gənclər Forumu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir çox tədbirlərində Azərbaycanı təmsil edib. Yodlaşdırılmış duz, Sağlam həyat tərzi, Ekoloji maarifləndirmə, Azərbaycan Gənclər Siyasəti üzrə həmyaşıd təlimçi kimi fəaliyyət göstərib.

MirHəsən Seyidov 2 fevral 2017-ci il Gənclər günü münasibətilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən ictimai fəaliyyət sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılmışdır. 2017-ci il 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilmişdir. 2017-ci il 21 sentyabr tarixindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müşahidə Şurasının üzvüdür. 2018-ci ilin 8 yanvarından etibarən Mirhəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə[2], 2019-cu ilin 13 oktyabr tarixindən etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin olunmuşdur. 2019-cu ilin 22 oktyabr tarixindən etibarən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub.

2020 Azərbaycan parlament seçkilərində deputatlığa namizəd olub.[3][4][5] Seçkilərin ardınca Facebook profili vasitəsilə "Artıq bir neçə məntəqənin nəticəsinin ləğv olunduğunu nəzərə alaraq, ədalətli qərar olacağına ümid edirik" açıqlamasını edib.[6]

2020-ci il 5 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[7]

OpenDemocracy azad beynəlxalq mətbuat platformasında dərc olunan yazıya əsasən, sələfi Rauf Mərdiyevin sədrliyi vaxtında olduğu kimi, Mirhəsən Seyidovun sədrliyi dönəmində də İrəli İctimai Birliyi kollektiv siyasi trollinq vasitəsilə internetdəki müzakirələri təhrif etməyə davam edib. Yazıda bildirilir ki, Mərdiyevin gedişindən sonra İrəli troll fəaliyyətinə davam etdirsə də, bu işdə YAP Gənclər Birliyi üzvləri artıq onları kölgəyə salmağa başlayırlar, lakin YAP Gənclər Birliyi üzvləri də, öz növbələrində, trolliniqi İrəli üzvləri kimi peşəkarcasına apara bilmirlər.[8]

  1. "Arxivlənmiş surət". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-21.
  2. "Arxivlənmiş surət". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-28.
  3. ""İrəli" sədri deputatlığa namizəd oldu - Açıqlama". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.
  4. ""İrəli" sədri parlament seçkilərinə qatılacaq". 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-17.
  5. ""İrəli" sədri də deputat olmaq istəyir". 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.
  6. "MirHasan Seyidov, 13.02.2020 tarixli paylaşım". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-17.
  7. "M.M.Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2020-03-05. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-05.
  8. "In the crosshairs of Azerbaijan's patriotic trolls" (English). OpenDemocracy. 2016-11-22. 2017-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]