Əbdülməcid Məsud oğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əbdülməcid Məsud oğlu
İşləri və nailiyyətləri
Əsas tikililəri

Əbdülməcid Məsud oğlu[1] və ya Əbdülməcid ibn Məsud[1] (az-əbcəd. ابدولمجید ابن مسعود‎) — XIII əsr Azərbaycan memarı. Ehtimala görə, Bakıdakı Qız qalasının üzərindəki kitabədə adı çəkilən memarın oğludur. Əsərlərindən yalnız Mərdəkandakı Dairəvi qala (1232–1233) dövrümüzədək saxlanılır. Qalanın daxili bürcünün üzərindəki kitabədə onun adı həkk edilmişdir. Şirvanşahların Bakı limanındakı "Bayıl qəsri"nin (1235) memarlarından biri olması da ehtimal edilir.[2]

İstinadlar

  1. 1 2 Əbdülməcid Məsud oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
  2. Әбдүлмәҹид Мәсуд оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 126.