Əbdülməcid Məsud oğlu[1] və ya Əbdülməcid ibn Məsud[1] (az.-əski. ابدولمجید ابن مسعود) — XIII əsr Azərbaycan memarı. Ehtimala görə, Bakıdakı Qız qalasının üzərindəki kitabədə adı çəkilən memarın oğludur. Əsərlərindən yalnız Mərdəkandakı Dairəvi qala (1232–1233) dövrümüzədək saxlanılır. Qalanın daxili bürcünün üzərindəki kitabədə onun adı həkk edilmişdir. Şirvanşahların Bakı limanındakı "Bayıl qəsri"nin (1235) memarlarından biri olması da ehtimal edilir.[2]
Əbdülməcid Məsud oğlu | |
---|---|
İşləri və nailiyyətləri | |
Əsas tikililəri |