Əcəmi seyrəngahı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Əcəmi seyrəngahıNaxçıvan şəhərində istirahət kompleksi

Haqqında

Naxçıvan şəhərində Nizami küçəsində,qədim Qala məhəlləsin adlanan ərazidə yerləşir. Kompleks 1980-82-ci illərdə bərpa və inşa edilmişdir. Kompleksin içərisində heykəltaraş, xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən hazırlanan Heydər Əliyevin 2 m-lik pyedestal üzərində büstü qoyulmuşdur. Kompleksə memar Əbubəkr oğlu Əcəmi Naxçıvanskininin XII əsrdə inşa etdiyi Mömünə Xatun türbəsi, XVII əsr abidəsi Miryaqub piri, XVIII-XIX əsrlərə aid Xan evi (hazırda Xalça muzeyi) daxildir. Kompleksə daxil olan qədim tikilidə Bülbül adına uşaq bədii sənətkarlıq məktəbi yaradılmışdır. 4 ha sahəni əhatə edən kompleksdə süni göl salınmış, 1000 yerlik açıq amfiteatr, qədim üslübda giriş qapısı (Memar Məmməd ibrahimov) iaşə və ticarət obyektləri tikilmişdir.

Mənbə

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 120. ISBN 5-8066-1468-9.