Əliağa Hüseynov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əliağa Hüseynov
2010 – 2019
Seçki dairəsi2010 — 59 saylı Salyan
2015 — 59 saylı Salyan
ƏvvəlkiƏkrəm Abdullayev
SonrakıJalə Əhmədova
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1946(1946-12-16) (77 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi
Rütbəsi general-leytenant

Təltifləri "Şöhrət" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Əliağa Hüseynov (tam adı: Əliağa İzzət oğlu Hüseynov; 16 dekabr 1946, Salyan, Salyan rayonu) — azərbaycanlı hərbçi, ictimai-siyasi xadim, ehtiyyatda olan general-leytenant; Azərbaycan Respublikasının Hərbi Komissarı (1998–2009); Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2009–2010); Azərbaycan Respublikasının Milli Məclisi IVV çağırış deputatı (2010–2020).

Həyatı

Əliağa İzzət oğlu Hüseynov 1946-cı il dekabrın 16-da Salyan rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1975-ci ildə isə Baş Ştabın Mərkəzi Kursunu bitirmişdir.

1970–1972-ci illərdə Bakı şəhər Tramvay-Trolleybus İdarəsində çalışmışdır. 1972-ci ildə Sovet ordusu sıralarına çağırılmışdır. 1972–1976-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayon (indiki Səbail rayonu) Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1976–1978-ci illərdə İmişli rayon Hərbi komissarının müavini, 1978–1983-cü illərdə Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) Hərbi Komissarlığında ikinci şöbənin rəisi, 1983–1988-ci illərdə Əzizbəyov rayonunun Hərbi komissarı, 1988–1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun Hərbi komissarı işləmişdir.

1998–2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə General-leytenant Əliağa İzzət oğlu Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.[1]

11 noyabr 2009-cu il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2010-cu il tarixli Sərəncamı ilə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi ilə əlaqədar olaraq Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Mükafatları

İstinadlar

  1. "Əliağa Hüseynov respublikanın hərbi komissarı vəzifəsindən azad edildi". 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.
  2. "Deputat Əliağa Hüseynov "Şöhrət" ordeni ilə təltif edilib". 2017-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.

Xarici keçidlər