Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı,[1]Dünya Alpaqut Federasiyasının Prezidenti,[2][3]
Azərbaycan Autizm Assosiasiyasının
Prezidenti,[4]
Türk Dövlətləri Autizm Federasiyasının baş katibi,
Paralimpiya komitəsinin idarə heyətinin üzvü,
Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyi İdarə Heyətinin fəxri üzvü, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi"nin idarə heyətinin Fəxri üzvü,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvüdür.
Müstəqil Dövlətlər Birliyinin üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvü.
Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir, IDDO Psixi Sağlamlıq Proqramının rəhbəri, hüquq elmləri magistrı.
- Əhmədova Jalə Fərhad qızı 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub.
- Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib.
- Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib.
- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib.
- Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb.[5]
- Ehtiyatda olan zabitdir.
Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin qızıdır. Ailəlidir, 2 övladı var.
- 2018-ci ildə "Wing Chun" Döyüş Sənəti Federasiyasının təsisçilərindən biri və vitse-prezidenti.[4][6].
- 12 aprel 2022-ci ildə Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədar "Wing Chun" Döyüş Sənəti Federasiyasının vitse-prezidentliyindən istefa verib.[7]
- 2022-ci il — Türk Dövlətləri Autizm Federasiyasının baş katibi.
- 2022-ci il — Dünya Alpaqut (Turan döyüş sənəti) Federasiyasının Prezidenti.[3][8]
- 2023-cü il — Paralimpiya komitəsinin İdarə heyətinin üzvü.
- 2023-cü il — Azərbaycan Autizm Assosiasiyasının Prezidenti.
- 2023-cü il — "Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək" İçtimai Birliyin İdarə heyətinin fəxri üzvü.
- 2024-cü il — Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi"nin idarə heyətinin Fəxri üzvü.
- 2024-cü il İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri
- Jalə Əhmədova 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı seçilib.[9]
- İnsan hüquqları komitəsinin üzvüdür.
- Gənclər və idman komitəsinin üzvüdür.
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvüdür.
- Müstəqil Dövlətlər Birliyinin üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvüdür.
- Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.[10]