Əlisəfa Azayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əlisəfa Azayev
Əlisəfa Soltan oğlu Azayev
Doğum adı Əlisəfa Azayev
Doğum tarixi 1 iyul 1951(1951-07-01) (72 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı, ədliyyə müşaviri
Fəaliyyət illəri 1970-ci ildən
Əsərlərinin dili Azərbaycan dili

Azayev Əlisəfa Soltan oğlu — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1993).[1]

Həyatı

Əlisəfa Azayev 1 iyul 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. O, Qaramahmudlu kəndində ibtidai, Mollakənd kəndində isə orta məktəbi bitirib. Bir il kolxozda işlədikdən sonra 1968–1970-ci illərdə M. Ə. Sabir adına Şamaxı Pedaqoji Məktəbində təhsil alıb. 1971–1973-cü illərdə Kürdəmir rayon Şüşün kənd səkkizillik məktəbində müəllim kimi fəaliyyət göstərib.[2] Daha sonra hərbi ximəti yollanıb.[1]

Əlisəfa Azayev 1973–1979-cu illərdə ordudan tərxis olunub Ərəbxana kənd orta məktəbində müəllim kimi çalışıb. O, qiyabi yolla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.[2] 1979–1982-ci illərdə Bilik Cəmiyyətinin Kürdəmir Rayon Təşkilatının məsul katibi vəzifəsini icra edib. 1982–1995-ci illərdə orada Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Təşkilat şöbəsinin müdiri işləyib. Ədliyyə orqanlarında çalışıb. Həmçinin 1992–1996 Bakı Dövlət Universitetində Konstitusiya hüququ üzrə aspiranturada təhsilini davam etdirib. Əlisəfa Azayev 1995–2016-cı illərdə Siyəzən Rayon Dövlət Notariat Kontorunun dövlət notariusu vəzifəsində çalışıb. Ədliyyə Müşaviridir.[1]

Mükafatları

Əlisəfa Azayev 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyinin və PEN klubun birgə təsis etdiyi İsmayıl bəy Qutqaşınlı adına mükafat almışdır. O, həmçinin 2016-cı ildə yaxşı xidmətlərinə görə Ədliyyə Nazirliyinin Ədliyyə döş nişanı ilə mükafatlandırılmışdır.

Əsərləri

  • Yeddi il sonra, B., Gənclik, 1979, 104 səh.
  • Çin qızılgülü, B., Yazıçı, 1987, 126 səh.
  • Gecə yarı sui-qəsd, B., Gənclik, 1991, 198 səh.
  • Kürdəmir şəhidləri, B., Şur, 1995, 160 səh.
  • Sirli qətl, B., Azərnəşr, 1996, 164 səh.
  • Gözlənilməz hadisə, B., Azərnəşr, 1996, 136 səh.
  • Amansız qatil, B., Zaman, 1997, 156 səh.
  • Qürbət ellərdə, B., Gənclik, 2000, 217 səh.
  • Əsgər anası, B., Gənclik, 2000, 178 səh.
  • Prokuror qızı, B., Gənclik, 2001, 170 səh.
  • Sahildə qətl, B., Gənclik, 2002, 238 səh.
  • Qatarda hadisə, B., Gənclik, 2002, 236 səh.
  • Qanlı gündəlik, B., Gənclik, 2002, 234 səh
  • Günahsız məhbus, B., Azərnəşr, 2003, 239 səh.
  • Bir gecənin sirri, B., Nərgiz, 2003, 239 səh.
  • Gizli əməliyyat, B., Nərgiz, 2003, 204 səh.
  • Kapitanın sərgüzəştləri, B., Nərgiz, 2005, 248 səh.
  • Qəddarlıq, B., Nərgiz, 2005, 284 səh.
  • Bayıl məhbusu, B., Çıraq, 2006. 304 səh.
  • İstintaq sirri, B., Çıraq, 2006. 292 səh.
  • Xəyanət qorxusu, B., 2007, 272 səh.
  • Gecə yarı sui-qəsd, B., Qanun, 2004, 256 səh.
  • Sirli qətl, B., Qanun, 2005, 252 səh.
  • Gözlənilməz hadisə, B., Qanun, 2006, 280 səh.
  • Prokuror qızı, B., Qanun, 2007, 280 səh.
  • Amansız qatil, B., Qanun, 2007, 328 səh.
  • Səadət sorağında, B., Qanun, 2007, 328 səh.
  • Əsgər anası, B., Qanun, 2008, 224 səh.
  • Vahimə, B., Təknur, 2010, 201 səh.
  • Aspirantın taleyi, B., Təknur, 2011, 207 səh.
  • Qorxulu oyun, B., Təknur, 2012, 223 səh.
  • Casusun ifşası, B., Təknur, 2014, 183 səh.
  • Məhkumun fəryadı, B., Təknur, 2017, 191 səh.
  • Ölüm qorxusu, B., Təknur, 2018, 255 səh.
  • Fədakarlıq anı, B., Qanun, 2018, 240 səh.
  • Sənət eşqi, B., Maarif, 2022, 328 səh.
  • Tanrı payı, B., Maarif, 2022, 282 səh.
  • Kürdəmir həqiqətləri, B., Maarif, 2022, 320 səh.
  • Əzəl qanun, B., Maarif, 2022, 400 səh.
  • Mühakimə, B., Maarif, 2022, 320 səh.
  • Məhkəmə hekayətləri, B., Maarif, 2022, 320 səh.
  • Mayorun iş günləri, B., Maarif, 2022, 320 səh.
  • Nifrətdən güclü, B., Maarif, 2022, 320 səh.
  • General qətiyyəti, B., Maarif, 2022, 372 səh.
  • Mübariz cəsurluğu, B., Maarif, 2023, 420 səh.
  • Qarlı zirvə, B., Maarif, 2023, 322 səh.

İstinadlar

  1. 1 2 3 "Azayev Əlisəfa Soltan oğlu" (PDF) (Azərbaycan). anl.az. (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF).
  2. 1 2 "Qələminə və mövzularına sadiq yazıçı" (Azərbaycan). anl.az. 28-6-2014 tarixində arxivləşdirilib.

Xarici keçidlər