Qaramahmudlu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Qaramahmudlu | |
---|---|
40°08′33″ şm. e. 48°01′51″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Qaramahmudlu oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Digər keçmiş adı Baxşı burnudur. Yaşayış məntəqəsini qaramahmudlu nəslinə mənsub ailələr saldığı üçün belə adlanmışdır.[1] Rusiya imperiyasının yaşayış məntəqələrinin siyahısında kəndin adı Qışlaq-Baxşı kimi verilib. Həmçinin siyahıya əsasən qaramahmudlular əvvəllər köçəri həyat tərzi sürmüşlər[2].
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 489 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.