Ərəstun Əliyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ərəstun Əliyev
Ərəstun Cəfər oğlu Əliyev
Gəncədə çəkilmiş şəkil
Gəncədə çəkilmiş şəkil
Ümumi məlumatlar
Doğum tarixi (67 yaş)
Doğum yeri Mirzəcəfərli, Bərdə rayonu
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Tahirə Əliyeva
Atası Cəfər Əliyev
Anası Əntiqə Əliyeva
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Mükafatları Ümumittifaq Festivalı Laureatı

Ərəstun Cəfər oğlu Əliyev - Azərbaycanın tanınmış xanəndəsi.

Həyatı

Ərəstun Əliyev 1957-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. Xanəndəlik ona atasından keçmişdir. Atası, Cəfər Adıgözəl oğlu Əliyev hələ 1939-cu ildə Bakıda Azərbaycan Dövlət Radiosunda Qarabağ şikəstəsinin ilk ifaçılarından olmuşdur, Xan Şuşinski, Şövkət Ələkbərova və Tükazban İsmayılova ilə birlikdə oxuyurdu. İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar Bərdə rayonuna qayıtmışdır.
Ərəstun Əliyevin 5 qardaşı (Zöhrab, Möhnət, Adıgözəl, Ələddin, Cavanşir) və 4 bacısı (Sücayət, Həqiqət, Ədalət, Narınc) var.

Fəaliyyəti

Qarabağ el məclislərində Şahmalı Kürdoğlu, Arif Babayev, Könül Xasıyeva ve digərləri ilə birlikdə dəfələrlə iştirak etmişdir. Hal-hazırda xanəndəlik peşəsini davam etdirir.

Ailəsi

Həyat yoldaşı - Tahirə Əliyeva.
4 qız atasıdır - Günel, Lalə, Sevinc, Səidə.

Canli ifasından nümunələr