Ərəstun Cəfər oğlu Əliyev - Azərbaycanın tanınmış xanəndəsi.
Ərəstun Əliyev | |
---|---|
Ərəstun Cəfər oğlu Əliyev | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
Mirzəcəfərli, Bərdə rayonu Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Tahirə Əliyeva |
Atası | Cəfər Əliyev |
Anası | Əntiqə Əliyeva |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Xanəndə |
Mükafatları | Ümumittifaq Festivalı Laureatı |
Ərəstun Əliyev 1957-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. Xanəndəlik ona atasından keçmişdir. Atası, Cəfər Adıgözəl oğlu Əliyev hələ 1939-cu ildə Bakıda Azərbaycan Dövlət Radiosunda Qarabağ şikəstəsinin ilk ifaçılarından olmuşdur, Xan Şuşinski, Şövkət Ələkbərova və Tükazban İsmayılova ilə birlikdə oxuyurdu. İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar Bərdə rayonuna qayıtmışdır.
Ərəstun Əliyevin 5 qardaşı (Zöhrab, Möhnət, Adıgözəl, Ələddin, Cavanşir) və 4 bacısı (Sücayət, Həqiqət, Ədalət, Narınc) var.
Qarabağ el məclislərində Şahmalı Kürdoğlu, Arif Babayev, Könül Xasıyeva ve digərləri ilə birlikdə dəfələrlə iştirak etmişdir. Hal-hazırda xanəndəlik peşəsini davam etdirir.
Həyat yoldaşı - Tahirə Əliyeva.
4 qız atasıdır - Günel, Lalə, Sevinc, Səidə.