Ərdəbil bazarı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bu məqalə Ərdəbil bazarı haqqındadır. Digər mənalar üçün Ərdəbil (dəqiqləşdirmə) səhifəsinə baxın.
Ərdəbil bazarı
Xəritə
38°14′59″ şm. e. 48°17′50″ ş. u.
Ölkə
Şəhər Ərdəbil şəhəri
Rayon Ərdəbil ostanı
Yerləşir İran
Üslubu Səfəvi memarlığı[d][2][3]
Material kərpic[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərdəbil bazarıƏrdəbil şəhərində yerləşən və bu şəhərin tarixi əsərlərindən hesab olunan böyük bir üstü örtülü bazardır. Bazarın tikiliş tarixi barədə iki iddia vardır. Bir iddiaya görə bazar Səfəvi imperiyası dövründə tikilmişsə də, başqa bir iddi onun Səlcuqlu dönəmində tikildiyini, lakin Səfəvi dövründə özünün çiçəklənmə mərhələsini yaşadığını bildirir.[4]

Bu əsər 27 avqust 1364-cü ildə (İran rəsmi təqvimi ilə) 1690 qeydiyyat nömrəsi ilə İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.[5]

Haqqında

Tarixi qaynaqlar bazarı təsvir edərkən onu qübbəli tavanlı xaç şəklində bir bina kimi təsvir etdilər. 16-18-ci əsrlərdə Səfəvilər sülaləsi dövründə tikilmiş və 18-ci əsrdə Zənd sülaləsi tərəfindən təmir edilmişdir. Bazarın ətrafında və içində xeyli sayda karvansaraylar və mehmanxanalar olmşdur. Bunların bir çoxu Səfəvi sülaləsinin məqbərəsinə və ya məscidlərinə məxsus idi. Onlardan bəzilərini Əlaəddin Ataməlik Cüveyni vaxtilə Səfəvi ordeninə bağışlamışdı.[6] Ziyarətgahın əmlakına məxsus olan bazardakı bir çox dükan, hamam və mehmanxanalardan əldə edilən gəlirlər ziyarətgahların saxlanması üçün istifadə olunur. Səfəvilər sülaləsi dövründə Ərdəbil bazarı ticarət baxımından çox zəngin idi və ticarət, ictimai və siyasi işlərin mərkəzi idi. Bazarın rasta bazar, qızılçı bazar, dəmirçi bazar, başmaqçı bazarbörkçü bazar kimi qolları vardır. Bazar bir çox fərqli hissələrə bölünmüş, hər bir hissə qəssab bazarı və bir çox digər keçidlər kimi xüsusi bir üsulla ayrılmışdı. Ərdəbil bazarının bütün kompleksi tağlı tavanlar və sadə günbəzlərlə örtülmüşdür. Bazarın işıqlandırılması tavanlardakı deşiklərdən verilir.[7][6]

Tarixi Ərdəbil bazarı köhnə Ərdəbil şəhərinin düz mərkəzində yerləşir. Bu tarixi bazar yarım əsr əvvəl İmam Xomeyni küçəsi (keçmiş Pəhləvi küçəsi) bazarın ortasından keçdiyinə görə iki yerə bölünüb. Ərdəbil bazarı şimaldan İmam Hüseyn meydanına (Təzə meydan), cənubdan Ayətullah Taleqani küçəsinə, Ayətullah Moruc Ərdəbili bulvarına və Fəcr meydanına, şərqdən Ayətullah Kaşani küçəsinə, qərbdən isə Nəserli Sufi küçəsinə aparır. Həmçinin, Came məscidi və Ərdəbil Böyük Məscidi Ərdəbil bazarının daxilində yerləşir.

Qalereya

Həmçinin bax

İstinadlar

  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. https://upk.guilan.ac.ir/article_2801.html.
  3. 1 2 https://www.isna.ir/news/97101206557/بازار-قیصریه-نماد-تمدن-کهن-دیار-اردبیل.
  4. "دانشنامهٔ تاریخ معماری و شهرسازی ایران‌شهر". 6 oktyabr 2019. وزارت راه و شهرسازی. بایگانی‌شده از روی نسخه اصلی در ۶ اکتبر ۲۰۱۹. 2024-05-26 tarixində arxivləşdirilib.
  5. . iranshahrpedia.com. 6 oktyabr 2019 http://iranshahrpedia.com/docs/Asar-e%20Sabti%20(Up%20to%2026666)%20(Version%2090%2008%2029).zip (#bare_url_missing_title). 6 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2024.
  6. 1 2 Rizvi, 2011. səh. 31, 35, 68
  7. "BAZAAR OF ARDABIL". itto.org. 26 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2024.

Mənbə

Xarici keçidlər