Zəndlər sülaləsi — 1747-ci ildən 1794-cü ilədək iqtidarda olmuş Lur sülaləsi[1][2][3] 2000-ci ilə olan təxminə əsasən İran İslam Respublikasında sayları 1,000,000[3] xanədan. Sülalə kökən olaraq Zənd tayfasına mənsub idi.
Tarixi dövlət | |||||
Zəndlər | |||||
---|---|---|---|---|---|
زەندییەکان Dûgela Zend | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Şiraz | ||||
Rəsmi dilləri | Fars dili | ||||
Dövlət dini | İslam | ||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Tarixi | |||||
• 1729 | Gülnabad döyüşü | ||||
• | Damğan döyüşü | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Nadir şah Əfşarın ölümündən sonra isə İranda hakimiyyət uğrunda gedən mübarizə daha da kəskin xarakter aldı. Bu mübarizədə iştirak edən tərəflərdən biri Kərim xan Zənd idi. XVIII əsrin ikinci yarısında Kərim xan Zəndin İranda həkimiyyəti ələ almaq uğrunda apardığı mübarizə xüsusi qeyd edilməlidir.
Qeyd edək ki, mövzu ilə bağlı çox məhdud dərəcədə ədəbiyyat mövcuddur. Bu isə Kərim xan Zəndin hakimiyyətə gəlməsi və onun yeritdiyi siyasətin araşdırılmasında xüsusi çətinlik yaradır. Bununla belə, mövzu üzrə bir sıra ədəbiyyatlardan istifadə etmişik. Bunlardan biri Kərim xan və Zəndlər [4] Kitabıdır. Burada Kərim xan Zəndin XVIII əsrin ikinci yarısından etibarən apardığı mübarizə, Əlimurdan xan, Məhəmmədhəsən xanla olan toqquşmalar xüsusi qeyd olunur. Azərbaycan dilində yeganə sayıla biləcək Gülxanım Qarayevanın "Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi(1642-1870)" kitabını xüsusi qeyd etmək lazımdır.
Kərim xan Zəndin xarici siyasətinin öyrənilməsində, o cümlədən, İngiltərənin Ost-Hind şirkəti ilə Yaxın və Orta şərqdə, Hindistanda nüfuz uğrunda gedən mübarizənin öyrənilməsində ingilis səyyahlarının əsərləri qeyd olunmalıdır. Buraya Bell Johnun "A journey from St.-Peterburg in Russia to İspahan in Persia with an Embassy from his imperial Majesty Peter the First" vol.. London -1764, Busse H. "History of Persia under Qajar rule" London-1972 kimi kitabları daxil etmək olar.
Kərim xan mərkəzləşdirilmiş dövlətin başçısı kimi deyil, bu dövlətdə ali mənsəb sahibi kimi çıxış etdi. Belə ki, Səfəvi nəslindən olan II İsmayıl ilə İsfahana gələn Kərim xan onu taxtda oturtdu özü isə vəkilüddövlə elan edildi. Əslində real hakimiyyət Kərim xan Zəndin əlində cəmləşdi. O, Şah II İsmayıl isə bütün dövlət işlərindən təcrid etdi. Sonrakı iki il ərzində apardığı hərbi əməliyyatlar nəticəsində 1752-ci ildə bütün Mərkəzi və Qərbi İran, İran İraqı, Həmədan, Kürdüstan, Kermanşah, Fars və digər ərazilər Kərim xan Zəndin hakimiyyəti altında idi. Kərim xan zəndlə qarşıdurmada məğlub olan Əli Mərdan xan Xuzistanda qoşun toplayıb, yenidən Kərim xana qarşı yürüş etsə də, uğursuzluğa uğradı.[5]
Şimali İranın ən qüdrətli feodallarından biri Məhəmməd Həsən xan Qacar idi. Məhəmməd Həsən xan bəxtiyarilərlə zəndlər arasında gedən mübarizədən istifadə edərək İranda mərkəzi hakimiyyətə sahib olmaq istəyirdi. Lakin Əli Mərdan xanın Kərim xan Zəndə məğlub olduğunu eşidən Məhəmməd Həsən xan1752-ci ildə zəndlərə qarşı başlamış olduğu hərbi yürüşdən geri dönmək məcburiyyətində qaldı. Məhəmməd Həsən xanın bu niyyətindən xəbər tutan Kərim xan Zənd onun kifayət qədər güclü olduğunu zənn edərək Astrabad və Mazandarana hərbi yürüşə başladı. 40 minlik qoşunla Astrabad yaxınlığındakı Ağqalanı mühasirəyə almasına baxmayaraq, Kərim xan Zəndin qoşunları məğlubiyyətə düçar oldu. Əsir düşmək təhlükəsindən qurtaran Kərim xan Zənd Tehrana qayıtmaq məcburiyyətində qaldı. Kərim xan Zəndin məğlub olduğu bir şəraitdə Əli Mərdan xan ona sadiq olan dəstələri də başına toplayıb, Kərim xana qarşı yenidən hücum etdi. Lakin Əli Mərdan xanın və onun müttəfiqlərinin qoşunları 1753-cü ilin yayında məğlub edildi və Kərim xan Zənd Kermanşahı tutdu. Bundan sonra Kərim xan Zənd İranda mərkəzi hakimiyyıt uğrunda mübarizə aparan Azad xan, Fətəli xan Əfşar və Şahbaz xan Donbolinin birləşmiş qoşunlarına qarşı hərbi əməliyyatlara başladı. Lakin Azad xanın başçılıq etdiyi müttəfiq qoşunlar Kərim xan Zəndi məğlub etdi və İsfahanı tutdular. Buna baxmayaraq fars feodallarının Kərim xan Zəndi müdafiə etməsi ona hakimiyət uğrunda mübarizəsini davam etdirməyə imkan verirdi. Məhz fars feodallarının güclü dəstəyi nəticəsində Kərim xan Zənd Azad xanı və onun müttəfiqlərini məğlub etdi. Qeyd edək ki, fars feodallarının Kərim xan Zəndi hərtərəfli dəstəkləməsində əsas məqsəd İranda mərkəzi hakimiyyətin türk tayfalarının deyil, yalnız onların əlində cəmləşdirilməsi idi. 1754-cü ildə baş vermiş bu döyüşdə məğlub olan Azad xan Şiraza, oradan isə İsfahana qaçdı. Lakin Kərim xan Zənd də hərbi əməliyyatları dayandırmadı və həmin il Şirazı tutaraq, İsfahana yürüşə hazırlaşdı.[6]
Belə bir vəziyyətdə Məhəmməd Həsən xan Qacar, Kərim xan Zəndin Azad xanla apardığı mübarizəsini nəzərə alaraq, Xəzərin cənub sahillərindəki ərazilərini xeyli genişləndirməyə müvəffəq oldu. Məhəmməd Həsən xan Qacar ilk növbədə zəndlərin və onların müttəfiqlərinin siyasi cəhətdən birləşməsinə qarşı çıxış edirdi. Çünki digər qruplaşmalara nisbətdə daha güclü və mütəşəkkil idi. Bu mövqedən çıxış edən Məhəmməd Həsən xan Qacar 1735-ci ildə Mərkəzi İrana hərbi yürüş etdi. Bu yürüş zamanı qacarlar zəndləri məğlub etdikdən sonra Məhəmməd Həsən xan Qacar İsfahanı tutmaq üçün yeni hərbi əməliyyatlara başladı. Gülabad yaxınlığında baş vermiş döyüşdə Kərim xan Zəndin qoşunlarını məğlub edən Məhəmmədhəsən xan İsfahana daxil oldu.[7]
Kərim xan Zənd yenidən dövlət aparatının formalaşdırılmasına diqqəti cəlb etdi. İsfahan əhalisinin ona qarşı əks mövqedən çıxış etməsi Kərim xan Zəndi paytaxtı İsfahandan Şiraza dəyişməyə məcbur etdi. Yeni dövlət aparatında isə bütün əsas vəzifələr Zənd tayfası və farslar arasında bölüşdürülmüşdü. Yeni qurulan dövlətdə isə Fars bəylərbəyi və canişini Kərim xan Zəndin qardaşı Sadıq xan, baş vəzir Mirzə Cəfər İsfahani, Fars hakimi isə Mirzə Məhəmməd Şirazi təyin edilmişdilər.[6]
Kərim xan Zənddən sonra Əbülfət və Məhəmməd Əli (birgə) (1779), Sadiq (Şirazda) (1779 – 1781), Əlimurad (Isfahanda) (1779 – 1785), Cəfər (1785 – 1789), Lütfəli (1789 – 1794) hakimiyyətdə olmuşlar.
Budaq xan Zənd | Ağa Bəyim | İnaq xan Zənd | |||||||||||||||||||||||||||||||||||||||
Allahmurad | Ağa Bəyim | Kərim xan Zənd 1750-1779 | Sadıq xan Zənd 1779-1781 | ||||||||||||||||||||||||||||||||||||||
Koda Morad Khan | Əlimurad xan Zənd 1782-1785 | Əbülfət xan Zənd 1779 | Məhəmmədəli xan Zənd 1779 | Cəfər xan Zənd 1785-1789 | |||||||||||||||||||||||||||||||||||||
Seyidmurad xan Zənd 1789 | Lütfəli xan Zənd 1789-1794 | ||||||||||||||||||||||||||||||||||||||||