Əyilmişyarpaq yukka

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əyilmişyarpaq yukka
Elmi təsnifat
Beynəlxalq elmi adı

Əyilmişyarpaq yukka (lat. Yucca recurvifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni ABŞ-dır. Meksika körfəzində Georgi ştatında və Missuri gölünə qədər təbii halda yayılmışdır.[1]

Botaniki təsviri

Hündürlüyü 2 m-ə qədər olan həmişəyaşıl koldur.[2] Gövdəsi kifayət qədər yumşaq, tünd-yaşıl rənglidir.[3] Təpə hissəsi xətvari yarpaqların sıx topası ilə qurtarır.[4] Qısa, şaxələnmiş gövdəsi 1-1,5 m-ə qədərdir. Cod lifli yarpaqları gövdənin ucunda rozetə yığılmışdır. Yarpaq ayası uzunsov-lansetvari, dərili, boz-yaşıl, uzunluğu 90 sm-ə çatan, sallaq, kənarları dişli və ucu iynəlidir. Yarpaqlarının uzunluğu 40-60 sm-ə və eni 50-60 mm-ə çatır. Rozetlərdə xarici yarpaqlaraşağıya tərəf əyilmişdir. Süpürgə çiçək qrupunun uzunluğu 50-75 sm olub, qollu-budaqlı və çoxçiçəklidir. Çiçəkləri zəngvari, yaşılımtıl-ağ rəngdədir, çiçəkyanlığının xarici tərəfində bənövşəyi ləkələr vardır. Abşeronda 2 dəfə: iyun-iyul aylarında birinci çiçəkləmə, sentyabr-oktyabr aylarında isə ikinci çiçəkləmə müşahidə edilir. Meyvə və toxum verir. Toxumlarla, uc qələmləri və gövdənin hissələrə bölünməsi ilə çoxaldılır.[5][6]

Ekologiyası

Quraqlığa, istiyə, soyuğadavamlı və torpağa tələbkar olmayan bitkidir. Çiləməni çox sevir. Yazda və ya yayda köçürülür.

Azərbaycanda yayılması

Lənkəran zonasında, habelə Abşeronda və Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə becərilir.[7]

İstifadəsi

Qrup halında və tək-tək əklir.

İstinadlar

  1. Yucca recurvifolia // World Checklist of Selected Plant Families, The Board of Trustees of the Royal Botanic Gardens, Kew, 2013-09-25 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2012-02-27, search for "Yucca recurvifolia"
  2. "Yucca recurvifolia at USDA Plants Database Profile". 2012-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-04.
  3. "BSBI List 2007". Botanical Society of Britain and Ireland. 2015-01-25 tarixində orijinalından (xls) arxivləşdirilib. İstifadə tarixi: 2014-10-17.
  4. "Yucca recurvifolia at NC State University". 2013-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-04.
  5. Wood, John. Hardy Perennials and Old Fashioned Flowers. Project Gutenberg Literary Archive Foundation. 2006 [1884].
  6. "Yucca recurvifolia at University of Arizona". 2004-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-04.
  7. Irish, Gary & Mary. Agaves, Yuccas, and Related Plants. 2000.

Məlumat mənbəsi