Əzimə Ağalarova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əzimə Ağalarova
azərb. Ağalarova Əzimə Xaspolad qızı
Doğum tarixi (65 yaş)
Doğum yeri Zərdab, Azərbaycan Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu
İxtisası İngilis-fransız dilləri fakültəsi
Fəaliyyət illəri 2013-cü ildən günümüzə qədər
Janr Belletristika

Əzimə Ağalarova - (Əzimə Xaspolad qızı Agalarova; d. 18 mart 1959, Azərbaycan, Zərdab) — İngilis, fransiz, alman, rus, türk dilləri daxil olmaqla 5 dildə bilən istedadlı yazıçı.

Həyatı

Əzimə Ağalarova 1959-cu ildə mart ayının 18-də Azərbaycan Respublikasının Zərdab rayonunda anadan olub. 1976-cı ildə Ş.Qurbanov adına 2 nömrəli orta məktəbi bitirimiş, həmin ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Fransız dilləri fakültəsinə qəbul olmuş, 1981-ci ildə məzun olmuşdur. İlk işinə 1984-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində başlamış, 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçmüşdür. 6 dildə bilən yazıçı Almaniyada müxtəlif sahələr üzrə tərcüməçi işləmişdir. 1 oğlu, 3 nəvəsi var.[1]

Yaradıcılığı

Yazarliga 6 il əvvəl 2013-cü ildə başlayan Əzimə Ağalarova 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Belletristik janrlarda yazır.

Bakıdan QahirəyəStokholma uzanan yol kitabı

Romanları

  • Yıpranmış hayellerin peşinde romanı (2016-cı ildə İstanbulda anadolu türkcəsi ilə, Mərmərə Universitetində əsərin təqdimatı keçirildi);[2]
  • Bakıdan Qahirəyə və Stokholma uzanan yol romanı (2015-ci ildə ingilis dilində "A long trip from Baku to Cairo and Stokholm" adı ilə İsveçdə yayımlanmış, Avropanın 5 ölkəsində online satışa verilmiş, 2016-cı ildə isə Azərbaycanda da azerbaycan dilində nəşr olunmuşdur. Hal-hazırda isveç dilinə təcümə olunur);[1]
  • Gecələrdə gizli qaldim (Azərbaycanda);[1]
  • Təyyarə qanadinda uçan ruh. (Azərbaycanda)
  • Ağlayan Duvar romanı (Qısa zamanda Türkiyədə anadolu türkcəsi ilə yayımlanacaq)[3]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. 1 2 3 ""Gecələrdə gizli qaldım" və "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" adlı əsərlərin təqdimatı". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
  2. Almaniyada yaşayan azərbaycanlı yazıçının kitabı türk dilində çapdan çıxıb
  3. "Azima Ağalarova'dan Mit Mossad Çatışmasını Anlatan Ağlayan Duvar Romanı". 2018-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.