1999 FİFA Konfederasiyalar Kuboku Finalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
1999 FİFA Konfederasiyalar Kuboku Finalı
Turnir 1999 FİFA Konfederasiyalar Kuboku finalı
Tarix 4 Avqust 1999
Yer Azteka, Mexiko
Hakim Anders Frisk (İsveç)
Tamaşaçı 110.000
1997
2001

1999 FİFA Konfederasyalar Kuboku Finalı1999-cu il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün MeksikaBraziliya yığmaları arasında keçirilmiş futbol matçı idi. Matç 1999-cu ilin avqusutun 4-də Mexiko şəhərində yerləşən, Azteka stadionunda keçirilmişdir. Meksika yığması matçı 4-3 hesablı qələbə ilə bitirərək turnirin qalibi olmuş ilk KONKAKAF komandası olmuşdur.

Arxa plan

İlk dəfə idi ki, FİFA bayrağı altında Meksika millisi finalda Braziliya millisi ilə qarşılaşırdı və bu vaxta qədər Meksika millisi heç bir FİFA turnirini qələbə ilə bitirməmişdi. Amma turnir 1995-ci ildə sonuncu dəfə Kral Fəhd Kuboku adlandığı mövsümündə Meksika millisi DanimarkaArgentina millilərinin ardıyca turniri üçüncü pillədə başa vurmuşdur. Braziliya millisi üçün isə 1997-ci ildə finalda Avstraliya yığmasına qalib gəldikdən sonra bu turnirdə ardıcıl ikinci final matçı idi.

Meksika

Meksika millisi tarixində ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdı və həmçinin turnirin qalibi olmuş ilk KONKAKAF komandası sayılırdı.

Turnirin debüt matçında Meksika Səudiyyə Ərəbistan millisini 5-1 hesabı ilə məğlub etdi. Daha sonra onlar Misir millisi ilə 2-2 hesablı bərabərə qaldılar ki, xüsusilə bu matçın son 10 dəqiqəsində Meksika qapısından 2 top buraxdı. Qrupun son matçında isə onların rəqibi Boliviya yığması idi və bu oyunda onlar 1-0 hesablı qələbə qazanaraq yekunda qrup mərhələsini 7 xal ilə bitirdilər. Daha sonra yarımfinal matçında rəqib ABŞ millisi idi və bu matçda 97-ci dəqiqədə vurduqları qızıl qol sayəsində tarixlərində ilk dəfə turnirin finalına vəsiqə əldə etdilər.

Braziliya

Eyni zamanda bu turnirdə Braziliya millisnin ardıcıl ikinci final matçı idi. Onlar 1997-ci ildə olduğu kimi yenidən turniri qazanmaq arzusunda idilər.

Braziliya turnirin debüt matçında Almaniya yığmamasını inanılmaz şəkildə 4-0 hesablı məğlubiyyətə uğratdı. Sonra ABŞ millisi 1-0 məğlub edildi. Ardıyca Yeni Zelandiya yığmasını 2-0 hesabı ilə məğlub edərək qrup mərhələsini ilk pillədə bitirdi. Yarımfinal mərhələsində onlar heyrət verici şəkildə Səudiyyə Ərəbistan millisini 8-2 hesablı məğlubiyyətə uğradaraq ikinci dəfə turnirin finalına vəsiqə qazandılar.

Finala gedən yol

Meksika Mərhələ Braziliya
Rəqib Nəticə Qrup mərhələsi Rəqib Nəticə
 Səudiyyə Ərəbistanı 5–1 Oyun 1  Almaniya 4–0
 Misir 2–2 Oyun 2  ABŞ 1–0
 Boliviya 1–0 Oyun 3  Yeni Zelandiya 2–0
Komanda Oyun Q H M V/q B/q Q/f Xal
 Meksika 3 2 1 0 8 3 5 7
 Səudiyyə Ərəbistanı 3 1 1 1 6 6 0 4
 Boliviya 3 0 2 1 2 3 -1 2
 Misir 3 0 2 1 5 9 –4 2
Son nəticə
Komanda Oyun Q H M V/q B/q Q/f Xal
 Braziliya 3 3 0 0 7 0 7 9
 ABŞ 3 2 0 1 4 2 2 6
 Almaniya 3 1 0 2 2 6 -4 3
 Yeni Zelandiya 3 0 0 3 1 6 –5 0
Rəqib Nəticə Seçmə mərhələ Rəqib Nəticə
 ABŞ 1–0 (Qızıl qol) Yarımfinal  Səudiyyə Ərəbistanı 8–2

Oyunun nəticələri

4 avqust 1999
21:00
 Meksika 4 : 3
Hesabat
 Braziliya
Migel Zepeda Qol 13'51'
Xose Manuel Abundis Qol 28'
Kuautemok Blanko Qol 62'
Qollar Serjinyo Qol 43' (pen.)
Roni Qol 47'
Ze Roberto Qol 63'
Azteka, Mexiko
Tamaşaçı: 110 000
Hakim: İsveç Anders Frisk
Meksika
Braziliya
Q 1 Xorxe Kampos
M 18 Salvador Karmona
M 4 Rafael Markes Booked in the 21-ci minute 21'
M 2 Klaudio Suarez (k) Booked in the 74-cü minute 74'
Y 6 Xerman Vilya
Y 13 Pavel Pardo
Y 19 Migel Zepeda 83-cü dəqiqədə əvəz olunub 83'
Y 7 Ramon Ramirez
Y 10 Kuautemok Blanko Booked in the 50-ci minute 50'
H 9 Xose Manuel Abundis Booked in the 11-ci minute 11'
H 17 Fransisko Palensiya 70-ci dəqiqədə əvəz olunub 70'
Əvəzetmə:
M 14 İsaak Terrazas 70-ci dəqiqədə əvəzetmədən daxil olub 70'
Y 16 Xesus Arellano 83-cü dəqiqədə əvəzetmədən daxil olub 83'
Baş məşqçi:
Meksika Manuel Lapuente
Q 1 Dida
M 3 Odvan
M 4 Juan Karlos Xəbərdarlıq alıb  oyunun başlanmasından 46 dəqiqədə sonraİkinci dəfə xəbərdarlıq alıb   oyunun başlanmasından 90+2 dəqiqə sonraMeydandan çıxarıldı  oyunun başlanmasından90+2 dəqiqə sonra 46', 90+2'
M 6 Serjinyo
Y 8 Emerson
Y 5 Flavio Konseysao
Y 20 Vampeta
Y 11 Ze Roberto Booked in the 5-ci minute 5' 82-ci dəqiqədə əvəz olunub 82'
Y 17 Beto 45-ci dəqiqədə əvəz olunub 45'
H 7 Ronaldinyo
H 10 Aleksandro de Souza
Əvəzetmə:
H 18 Roni 45-ci dəqiqədə əvəzetmədən daxil olub 45'
H 19 Varley 82-ci dəqiqədə əvəzetmədən daxil olub 82'
Baş məşqçi:
Braziliya Vanderley Luksemburqo

Hakimin köməkçiləri:
İspaniya Fernando Treasko Qrasiya (İspaniya)
İordaniya Avni Hassuneh (İordaniya)

İstinadlar