1999 FİFA Konfederasyalar Kuboku Finalı — 1999-cu il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün Meksika və Braziliya yığmaları arasında keçirilmiş futbol matçı idi. Matç 1999-cu ilin avqusutun 4-də Mexiko şəhərində yerləşən, Azteka stadionunda keçirilmişdir. Meksika yığması matçı 4-3 hesablı qələbə ilə bitirərək turnirin qalibi olmuş ilk KONKAKAF komandası olmuşdur.
1999 FİFA Konfederasiyalar Kuboku Finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | 1999 FİFA Konfederasiyalar Kuboku finalı | ||||||
|
|||||||
Tarix | 4 Avqust 1999 | ||||||
Yer | Azteka, Mexiko | ||||||
Hakim | Anders Frisk (İsveç) | ||||||
Tamaşaçı | 110.000 | ||||||
← 1997 2001 → |
İlk dəfə idi ki, FİFA bayrağı altında Meksika millisi finalda Braziliya millisi ilə qarşılaşırdı və bu vaxta qədər Meksika millisi heç bir FİFA turnirini qələbə ilə bitirməmişdi. Amma turnir 1995-ci ildə sonuncu dəfə Kral Fəhd Kuboku adlandığı mövsümündə Meksika millisi Danimarka və Argentina millilərinin ardıyca turniri üçüncü pillədə başa vurmuşdur. Braziliya millisi üçün isə 1997-ci ildə finalda Avstraliya yığmasına qalib gəldikdən sonra bu turnirdə ardıcıl ikinci final matçı idi.
Meksika millisi tarixində ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdı və həmçinin turnirin qalibi olmuş ilk KONKAKAF komandası sayılırdı.
Turnirin debüt matçında Meksika Səudiyyə Ərəbistan millisini 5-1 hesabı ilə məğlub etdi. Daha sonra onlar Misir millisi ilə 2-2 hesablı bərabərə qaldılar ki, xüsusilə bu matçın son 10 dəqiqəsində Meksika qapısından 2 top buraxdı. Qrupun son matçında isə onların rəqibi Boliviya yığması idi və bu oyunda onlar 1-0 hesablı qələbə qazanaraq yekunda qrup mərhələsini 7 xal ilə bitirdilər. Daha sonra yarımfinal matçında rəqib ABŞ millisi idi və bu matçda 97-ci dəqiqədə vurduqları qızıl qol sayəsində tarixlərində ilk dəfə turnirin finalına vəsiqə əldə etdilər.
Eyni zamanda bu turnirdə Braziliya millisnin ardıcıl ikinci final matçı idi. Onlar 1997-ci ildə olduğu kimi yenidən turniri qazanmaq arzusunda idilər.
Braziliya turnirin debüt matçında Almaniya yığmamasını inanılmaz şəkildə 4-0 hesablı məğlubiyyətə uğratdı. Sonra ABŞ millisi 1-0 məğlub edildi. Ardıyca Yeni Zelandiya yığmasını 2-0 hesabı ilə məğlub edərək qrup mərhələsini ilk pillədə bitirdi. Yarımfinal mərhələsində onlar heyrət verici şəkildə Səudiyyə Ərəbistan millisini 8-2 hesablı məğlubiyyətə uğradaraq ikinci dəfə turnirin finalına vəsiqə qazandılar.
Meksika | Mərhələ | Braziliya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Rəqib | Nəticə | Qrup mərhələsi | Rəqib | Nəticə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səudiyyə Ərəbistanı | 5–1 | Oyun 1 | Almaniya | 4–0 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Misir | 2–2 | Oyun 2 | ABŞ | 1–0 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boliviya | 1–0 | Oyun 3 | Yeni Zelandiya | 2–0 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Son nəticə |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqib | Nəticə | Seçmə mərhələ | Rəqib | Nəticə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ABŞ | 1–0 (Qızıl qol) | Yarımfinal | Səudiyyə Ərəbistanı | 8–2 |
4 avqust 1999 21:00 |
|
Azteka, Mexiko Tamaşaçı: 110 000 Hakim: Anders Frisk |
Meksika
|
Braziliya
|
|
|
Hakimin köməkçiləri:
|