Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
2013 Hərbiçilər arasında Futbol üzrə Dünya Kuboku — hərbiçilər arasında keçirilən ilk futbol üzrə dünya çempionatı. Yarışma 2013-cü il 2 — 14 iyul aralığında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir[1]. Yarışmanın şuarı "idman vastəsi ilə dostluq"[2] olmuşdur. Yarışmanın qalibi İraq millisi olmuşdur.
Oyunlar Bakının dörd stadionunda keçirilmişdir: "Dalğa Arena"[3] (6700 ziyarətçi tutumlu), "Şəfa" (7600 ziyarətçi tutumlu), "Bayıl" (3500 ziyarətçi tutumlu) və "Zirə" (2000 ziyarətçi tutumlu).
Komandaların tərkibi
Azərbaycan millisi
Azərbaycan millisi aşağıdakı tərkibdə mübarizə aparmışdır:[4][5]
№
Futbolçular
Amplua
1
Aqil Məmmədov
Qapışı
2
Nodar Məmmədov
müdafiəçi
3
Şaxlar Əliyev]
müdafiəçi
4
Novruz Məmmədov
müdafiəçi
5
Elşad Manafov
müdafiəçi
6
Hüseyn Axundov
yarımmüdafiəçi
7
Tərlan Xəlilov
yarımmüdafiəçi
8
Rəhman Hacıyev
yarımmüdafiəçi
9
Cavid Hüseynov
yarımmüdafiəçi
10
Elvin Məmmədov
yarımmüdafiəçi
11
Bəxtiyar Sultanov
Hücumçu
12
Azad Kərimov
hüçümçu
13
Eşqin Quliyev
yarımmüdafiəçi
14
Təbriz Hüseynli
yarımmüdafiəçi
15
Ramazan Abbasov
yarımmüdafiəçi
16
Tofik Mikayılov
yarımmüdafiəçi
17
Ruslan Qurbanov
yarımmüdafiəçi
Mükafatlar
Oman və İraq millisi arasındakı görüşdən sonra 5 nominasiya üzrə mükafatlandırma keçirilmişdir. Mükafatları Azərbaycan Müdafiə Nazirlirinin müavini Çingiz Məmmədov, Beynəlxalq Hərbiçilər arasında idman Cəmiyyətinin sədri Hamad Kalkaba Malbun, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA İcrayə Komitəsinin müavini Elxan Mədətov vəı digərləri iştirak etmişdir.[6]