2013 Hərbiçilər arasında Futbol üzrə Dünya Kuboku — hərbiçilər arasında keçirilən ilk futbol üzrə dünya çempionatı. Yarışma 2013-cü il 2 — 14 iyul aralığında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir[1]. Yarışmanın şuarı "idman vastəsi ilə dostluq"[2] olmuşdur. Yarışmanın qalibi İraq millisi olmuşdur.
Oman və İraq millisi arasındakı görüşdən sonra 5 nominasiya üzrə mükafatlandırma keçirilmişdir. Mükafatları Azərbaycan Müdafiə Nazirlirinin müavini Çingiz Məmmədov, Beynəlxalq Hərbiçilər arasında idman Cəmiyyətinin sədri Hamad Kalkaba Malbun, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA İcrayə Komitəsinin müavini Elxan Mədətov vəı digərləri iştirak etmişdir.[6]