Ağ göyrüş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağ göyrüş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ağ göyrüş (lat. Fraxinus ornus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Aralıq dənizyanı ölkələridir. Rusiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 12 m-ə çatan, düz, yumru, möhkəm çətirli ağacdır. Yarpaqları açıq yaşıl, 7 ədəd uzunsov-yumurtaşəkilli, uzunluğu 9 sm-ə çatan, alt hissəsi tüklü, kənarları dişli olan xırda yarpaqcıqlardan ibarətdir. Zoğların uclarında uzunluğu 5-15 sm olan, sıx süpürgələrə yığılmış ağ, uzun, ensiz ləçəkli, ətirli çiçəkləri ilə digər göyrüşlərdən fərqlənir. Meyvələri ensiz, uzunsov, ucu yumru, uzunluğu 2,5 sm-ə qədərdir. Yavaş böyüyür, 20 yaşında 6–7 m hündürlüyə çatır. Toxumla çoxaldılır.

Ekologiyası

İşıqsevən, quraqlığa və soyuğa davamlıdır.

Azərbaycanda yayılması

Quba, Nabran, Zaqatala və s. rayonlarda təbii və mədəni şəraitdə becərilir.

İstifadəsi

Ağ göyrüşə hər yerdə, meşə və parklarda, avtomobil və dəmiryolları ətrafında rast gəlmək olar. Çox vaxt göyrüşyarpaq ağcaqayınını səhv olaraq “göyrüş” adlandırırlar. Çiçəkləmə dövründə çox dekorativ ağacdır. Tək, qruplarla əkilməsi məsləhətdir.

İstinadlar

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1057.

Həmçinin bax