Ağ göyrüş (lat. Fraxinus ornus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.
Ağ göyrüş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Cins: Növ: Ağ göyrüş |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Aralıq dənizyanı ölkələridir. Rusiyada yayılmışdır.
Hündürlüyü 12 m-ə çatan, düz, yumru, möhkəm çətirli ağacdır. Yarpaqları açıq yaşıl, 7 ədəd uzunsov-yumurtaşəkilli, uzunluğu 9 sm-ə çatan, alt hissəsi tüklü, kənarları dişli olan xırda yarpaqcıqlardan ibarətdir. Zoğların uclarında uzunluğu 5-15 sm olan, sıx süpürgələrə yığılmış ağ, uzun, ensiz ləçəkli, ətirli çiçəkləri ilə digər göyrüşlərdən fərqlənir. Meyvələri ensiz, uzunsov, ucu yumru, uzunluğu 2,5 sm-ə qədərdir. Yavaş böyüyür, 20 yaşında 6–7 m hündürlüyə çatır. Toxumla çoxaldılır.
İşıqsevən, quraqlığa və soyuğa davamlıdır.
Quba, Nabran, Zaqatala və s. rayonlarda təbii və mədəni şəraitdə becərilir.
Ağ göyrüşə hər yerdə, meşə və parklarda, avtomobil və dəmiryolları ətrafında rast gəlmək olar. Çox vaxt göyrüşyarpaq ağcaqayınını səhv olaraq “göyrüş” adlandırırlar. Çiçəkləmə dövründə çox dekorativ ağacdır. Tək, qruplarla əkilməsi məsləhətdir.