Ağbat

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

AğbatArsakda, tarixi Qarabağ ərazisində qədim məntəqə adı.[1]

Eramızdan əvvəl ikinci əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycanda) bəzi ərazilər Arsak adlanırdı (məsələn, Ərdəbil şəhristanındakı tarixi Ərşaq bölgəsi). Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır.

Tarixi

Ağbat alban xristian dini mərkəzlərindən olmuş Xotavəng monastırının (indiki Kəlbəcər rayonunun Vəng kəndində; kəndin keçmiş adlarından biri də Xotavəng/Xotavank olmuşdur) mülklərindən biri olmuşdur. Ermənicə yazılışda əvvəlinə "H" səsinin əlavəsi ilə haqbat kimidir (yenə orada).

Azərbaycan dilində ağ və türk dillərində bət "üz", "səth"[2] sözlərindəndir. 1590-cı ilə aid mənbədə Ağbat adlı bir kənd Borçalı bölgəsində də var.[3] Məzmunca Baranbet (Goranboy rayonu), Girdəbad (Quba rayonu), Tupabad (Zəngilan rayonu) Salavat, Batabat və b. dağ adları ilə eynidir. XVII əsrə aid mənbədə Bərdə mahalında Eranbat kəndi qeyd olunur.[4]

Həmçinin bax

Xarici kecid

  • http://tarixklubulogspot.
  • ""ARSAK VƏ YA ARSAX" TOPONİMİ" (az.)). karabakhinfo.com. 2012-05-09. 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-06.

İstinadlar

  1. "Albaniya tarixi", Gəncə-Qarabağ, 1727, 2000
  2. Türk dili lüğəti, 1963, İV-2,617
  3. İsrafilov V. Azərbaycan oronim və hidronimlərinin…,1999
  4. B. Budaqov, Q. Qeybullayev. Yuxarı Qarabağın Toponimləri Bakı,2005