ASAN Radio
ASAN Radio | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 peykinin əhatə dairəsi |
Dil | Azərbaycan dili |
Baş qərargah | Bakı, Azərbaycan, A. M. Şərifzadə küç. 157 |
Yaranma tarixi | 24 dekabr 2015 |
Sahibi | Azərbaycan dövləti |
Rəhbərlik | Emin Musəvi |
Sayt | ASAN radio |
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır.
Yaradılması
ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi.[1] 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib.[2] Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu.[3] 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı.[4] ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.[5]
Fəaliyyəti
ASAN Radionun yaradılmasında məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, dövlət strukturlarına etimadın gücləndirilməsidir.[6] Radio Azərbaycan dilində yayımlanır.[7] Radionun fəaliyyəti Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.[8]
Həmçinin bax
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
- ASAN xidmət
İstinadlar
- ↑ Ülviyyə R. Əli. ""ASAN radio" 100 FM test yayıma başladı" (az.). Oxu.az. 24 dekabr 2015. İstifadə tarixi: 2016-04-28.
- ↑ ""Asan radio" fəaliyyətə başlayır" (az.). publika.az. 9 sentyabr 2015. 2016-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
- ↑ ""ASAN FM" radiosunun rəhbəri məlum oldu" (az.). Trend.az. 5 oktyabr 2015. 2015-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
- ↑ Yeganə Əsgərova. "Azərbaycanda yeni radio yayıma başladı" (az.). Anspress.com. 9 sentyabr 2015. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
- ↑ "ASAN radionun formalaşdırılması başa çatdı" (az.). Anspress.com. 26 yanvar 2016. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
- ↑ ""ASAN radio" test yayımına başlayıb" (az.). Azertag.az. 24 dekabr 2015. 2019-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
- ↑ Elmir Murad. "Azərbaycanda daha bir radio fəaliyyətə başlayır" (az.). Trend.az. 23 noyabr 2015. 2016-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
- ↑ "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsi haqqında əsasnamə" (az.). vxsida.az. 2017-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.
Xarici keçidlər
- asanradio.az — ASAN Radionun rəsmi saytı