Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (türk. Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) və ya qısaca (türk. TİKA) — Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan təşkilat xarici ofisləri vasitəsilə Türkiyənin xarici yardımlarını təşkil edir. Bərpa, səhiyyə, təhsil, kənd təsərrüfatı və heyvandarlıq, inzibati və mülki infrastrukturun inkişafı kimi bir çox sahələrdə aktivdir.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi
Loqonun şəkli
Yaranma tarixi 1992
Mərkəzi
Üzvləri
  • 760 nəf.
tika.gov.tr/en
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqdan sonra bir çox türk dövləti müstəqilliyini qazanmış və Türkiyə Respublikasının bu dövlətlərə sosial, iqtisadi və mədəni sahədə təmin etdiyi dəstəyi həyata keçirəcək və koordinasiya edəcək bir təşkilata ehtiyac yaradılmışdır. 1992-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində TİKA quruldu. 28 may 1999-cu ildən baş nazirliyə tabe edildi. [1] TİKA, Orta Asiya , Balkanlar, Afrika, Şərqi Asiya, Latın Amerikası ölkələri başda olmaq üzrə, təxminən 140 ölkədə xidmət edən, Türkiyə Respublikası dövlətinin yeganə texniki kömək təşkilatıdır. Mərkəzi nümayəndəliklə yanaşı, TİKA-nın 59 ölkədə 61 Proqram Koordinasiya Ofisi [2] geniş coğrafiyada və bütün sektorlarda fəaliyyət göstərir. Ümumi tarixi irsi qorumaq üçün TİKA, xüsusilə Balkanlar və Orta Asiyada bir çox Osmanlı abidəsinin bərpasını həyata keçirdi. Son illərin ən diqqət çəkən layihələrindən biri Sultan Süleyman Qanuninin məzarının itkin yerinin tapılmasıdır.[3] Digər tərəfdən, Somali, Fələstin və Sudanda qurduqları xəstəxanalar sağlamlıq sahəsindəki ən vacib layihələrdəndir. Bundan əlavə, TİKA bir çox ölkələrdə məktəblərin, sağlamlıq mərkəzlərinin və inzibati binaların tikintisi və yenidən qurulması kimi fiziki infrastrukturun gücləndirilməsi məqsədilə bir çox layihə həyata keçirmişdir. 2015-ci ildə TATİP Türkiyə-Azərbaycan-Tanzaniya Əməkdaşlıq Sağlamlıq Proqramı TİKA, Dünya Həkimləri Dərnəyi, Azərbaycanlı Könüllü həkimlərlə reallaşdırılan proqram çərçivəsində Dünya Həkimləri Dərnəyi, Gəncliyə Yardım Fondu[4], Azərbaycanlı həkimlər Bəhruz Quliyev, İmran Cərullzadə, Qoşqar Məmmədovun iştirakı, Tanzaniya REHEMA Fondunun dəstəyilə 100-dən çox Tanzaniyalı xəstədə katarakt əməliyyatı edildi və 100-dən çox xəstə göz müayinəsindən keçirildi.[5]

Kənd təsərrüfatı və heyvandarlıq sahəsində avadanlıq dəstəyi, xüsusən də Afrikada su quyularının açılması kimi bir çox bölgədə müxtəlif fəaliyyətlər göstərməkdədir.

TİKA Türkoloji Layihəsi

[redaktə | mənbəni redaktə et]

Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başçılığı altında Türkiyə xaricində türkcə təhsili yaymaq üçün başladılan layihədir. Bu gün xaricdə təxminən 20 universitetdə Türkologiya şöbələri fəaliyyət göstərir.

  1. "Tarix". 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-23.
  2. "TİKA xərcləmələri artır, şəffaflıq azalır" (türk). Türk dilində DW. 25.10.2019. 2019-10-26 tarixində arxivləşdirilib.
  3. "İtirilmiş məzar və ən böyük Osmanlı şəhərciyi tapıldı" (türk). Habertürk. 26.04.2016. 2017-08-12 tarixində arxivləşdirilib.
  4. "Gəncliyə Yardım Fondunun veb saytı". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-23.
  5. TİKA TATİP Türkiye Azerbaycan Tanzanya İşbirliği Programı
  • [www.tika.gov.tr Rəsmî sayt]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]